Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycanın yaşıl enerji gündəliyi qlobal miqyasda ətraf mühitin qorunmasına önəmli töhfədir”
Tarix: 04-03-2024 | Saat: 11:16
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycanın yaşıl enerji gündəliyi qlobal miqyasda ətraf mühitin qorunmasına önəmli töhfədir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin martın 1-də “Euronews” televiziyasına verdiyi müsahibəsində əks olunan fikirlər növbəti dəfə Azərbaycan reallıqlarının dünya və Avropa ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etmiş oldu. İlk növbədə dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsinin tarixçəsini xatırladaraq bildirdi ki, bu layihənin icrasına yeni başlanan vaxtlarda onun gerçəkləşəcəyinə inanmayanlar indi necə böyük səhv etdiklərini özləri də görürlər. Lakin Azərbaycanın təşəbbüskarı olduğu bu möhtəşəm layihə növbəti dəfə geniş beynəlxalq əməkdaşlığa zəmin yaratdı. Nəticə olaraq bu gün uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi artıq reallıqdır və bu reallıq getdikcə daha böyük coğrafiyanı əhatə etməkdədir. Hazırda Azərbaycan qazının yeni təyinat nöqtələrinə nəql edilməsi üçün yaradılmış interkonnektorlar şəbəkəsinin mövcudluğu da bunu aydın şəkildə nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Cənub Qaz Dəhlizi Avropada enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin ölkəmizin yaşıl enerji gündəliyinin effektivliyindən bəhs edərək bildirib ki, qazıntı yanacağı ehtiyatlarına malik olan bütün ölkələr bu sahədə səylərini artırmalıdırlar: “Bu gün Azərbaycanda ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və dövlət tərəfindən qarşıya vəzifə olaraq qoyulmuş digər bu kimi vacib məsələlərin həlli üçün ölkəmizdə bərpaolunan enerji istehsalının inkişaf etdirilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 da Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin bir hissəsini təşkil edir. Məlumdur ki, hazırda Azərbaycanda məhz bu sahədə irimiqyaslı beynəlxalq layihələr gerçəkləşdirilməkdədir. Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensiala malik olması da bir çox təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Məlumdur ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bu potensial nəzərə alınaraq hökumət tərəfindən 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq planlaşdırılıb. Bu baxımdan əlbəttə ki, keçən ilin oktyabr ayında 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətli bir hadisə oldu. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Bu da öz növbəsində atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılmasına imkan verəcək. Əlbəttə ki, qlobal iqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması məqsədilə qazıntı yanacağı ehtiyatlarına sahib olan bütün ölkələr bu istiqamətdə səylərini artırmalıdırlar” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024