Lukaşenko Zelenskiyə Moskvada üçtərəfli görüş təklif etdi
Tarix: 25-11-2026 | Saat: 19:19
Bölmə:Özəl | çapa göndər

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə birlikdə Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu bildirib.
Belarus lideri bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
Lukaşenko Zelenskinin təhlükəsizliyinə təminat verməyə və onunla eyni təyyarədə Moskvaya getməyə hazır olduğunu açıqlayıb.
“Volodimir Zelenski ilə birlikdə Moskvaya uça bilərik. Mən onun təhlükəsizliyinin təminatçısı ola bilərəm”, – deyə Lukaşenko bildirib.
Onun fikrincə, Rusiya, Ukrayna və Belarus liderlərinin birbaşa danışıqları müharibənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasını sürətləndirə bilər.
Zelenskinin mümkün görüşdən imtina edəcəyi barədə suala isə Belarus Prezidenti sərt reaksiya verib.
“Razılaşmasa, qoy döyüşsün. Müharibə gedir, onu dayandırmaq lazımdır. Biz isə razılığa gələ bilərdik”, – deyə Lukaşenko qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2026
16:21 Müğənni Nəfəsə ağır itki