Ermənistan Rusiyaya münasibətini açıqladı – Paşinyan Moskvaya gedəcək
Tarix: 25-11-2026 | Saat: 21:43
Bölmə:Özəl | çapa göndər

Ermənistan Rusiya ilə diplomatik əlaqələri kəsmək və ikitərəfli münasibətlərdə böhran yaratmaq niyyətində deyil.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai televiziyanın efirində açıqlama verib.
Onun sözlərinə görə, İrəvan Moskva ilə münasibətlərdə yığılıb qalmış problemləri nəzərdən keçirmək və əməkdaşlığı sağlamlaşdırmaq niyyətindədir.
“Biz heç bir vəchlə Rusiya ilə münasibətləri kəsmək, onlarda böhran yaratmaq və ya Moskva ilə körpüləri yandırmaq niyyətində deyilik”, – deyə Kostanyan bildirib.
Nazir müavini Rusiyanın Ermənistan üçün mühüm tərəfdaş olaraq qaldığını vurğulayıb və Moskvanın da eyni mövqedən çıxış edəcəyinə ümidvar olduğunu bildirib.
Kostanyan, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 3-də Moskvaya səfərinin planlaşdırıldığını açıqlayıb.
Səfər çərçivəsində Ermənistan-Rusiya münasibətlərində mövcud problemlərin də müzakirə ediləcəyi gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2026