Mobil versiya
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib -Fotolar
Tarix: 25-11-2026 | Saat: 20:36
Bölmə:Gündəm / Siyasət / Parlament | çapa göndər

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib

Noyabrın 25-də Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərində parlament faktoru” mövzusunda 1-ci panel sessiyaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Özbəkistan Ali Məclisi Senatının komitə sədri Əlişir Aqzamxocayev moderatorluq ediblər.

Sessiyada “Ali Dövlətlərarası Şuranın üçüncü iclasında qəbul olunmuş qərarların reallaşdırılmasına parlament dəstəyi və ikitərəfli əlaqələrin strateji istiqamətləri”, “İki ölkə arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə qanunvericilik təşəbbüsləri”, həmçinin “Regional və beynəlxalq təhlükəsizlik kontekstində parlament diplomatiyası və beynəlxalq platformalarda ümumi maraqlar naminə birgə fəaliyyət” mövzularında müzakirələr aparılıb.
Mövzular barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Özbəkistan Ali Məclisi Senatının komitə sədri Əlişir Aqzamxocayev, Milli Məclisin deputatı Əminə Ağazadə, Özbəkistan Senatının komitə sədri Abdulhakim Eşmuradov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, Özbəkistan Senatının komitə sədrinin müavini Dilorom Feyziyeva məruzə ilə çıxış ediblər. Sonra mövzular üzrə müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclisin deputatları Sabir Hacıyev və Nigar Məmmədova çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərində parlamentin rolu barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Nahar fasiləsindən sonra forum öz işini “Azərbaycan-Özbəkistan çoxşaxəli əlaqələrinin dərinləşdirilməsinə parlamentlərin töhfəsi: institusional əməkdaşlıq mexanizmləri kimi komitələrin rolu” mövzusuna həsr olunmuş 2-ci panel sessiyası ilə davam etdirib. 2-ci panel sessiyaya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Ali Məclis Senatının Büdcə və iqtisadi məsələlər komitəsinin sədri Erkin Qadoyev moderatorluq ediblər.
Sessiyada “Ticarət, iqtisadiyyat, investisiya, sənaye və sahibkarlıq sahəsində həyata keçirilən tədbirlər fonunda birgə fəaliyyət imkanları”, “Bərpaolunan enerjidən istifadə və yaşıl inkişaf üzrə qanunvericilikdə təcrübə mübadiləsi və ortaq layihələrin dəstəklənməsi”, “Rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlıq, çağırışlar və perspektivlər”, “Parlamentlərin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətə dəstək imkanları” mövzuları müzakirə olunub. Sözügedən mövzular üzrə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Fatma Yıldırım, deputat Xanlar Fətiyev, Özbəkistan Senatının komitə sədri Anvar Tuyçiyev, komitə sədrinin müavini Kobul Tursunov, senatorlar İrina Tokareva və Gülnora Marufova məruzələrlə çıxış ediblər. Mövzular ətrafında aparılan müzakirələrdə Milli Məclisin deputatları Nigar Arpadarai və Əli Məsimli fikirlərini bildiriblər.
Çıxışlarda Azərbaycan və Özbəkistan arasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, sahibkarlıq, rəqəmsal transformasiya, süni intellekt və müasir texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırılıb. Həmçinin bərpaolunan enerji, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi istiqamətlərində qarşılıqlı təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Forum çərçivəsində keçirilən “Xalqlar arasındakı həmrəyliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üzrə parlament dialoqu” mövzusuna həsr olunan 3-cü panel sessiyaya Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Səhiyyə komitəsinin üzvü Günay Əfəndiyeva və Özbəkistan Ali Məclisi Senatının Gənclər, qadınlar, mədəniyyət və idman məsələləri komitəsində daimi əsaslarla fəaliyyət göstərən senator Malika Kadirxanova moderatorluq ediblər.
Tədbirdə “Xalqlar arasında yaxınlığın gücləndirilməsinə xidmət edən mədəni əlaqələrin inkişafı istiqamətində təşəbbüslər”, “Elm və təhsil sahəsində mövcud olan güclü potensialın reallaşdırılması yollarına parlamentlərin yanaşması”, “Ortaq milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm amil olaraq gənclər və idman sahəsində əməkdaşlıq”, “Ölkələr arasında dostluğun, qarşılıqlı anlaşmanın və humanitar əlaqələrin möhkəmləndirilməsi vasitəsi olaraq turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi” mövzuları müzakirə olunub.
Mövzular barədə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva, Özbəkistan Ali Məclisi Senatının Gənclər, qadınlar, mədəniyyət və idman məsələləri komitəsində daimi əsaslarla fəaliyyət göstərən senator Malika Kadirxanova, Milli Məclisin Elm və təhsil komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva, Özbəkistan Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə komitəsinin üzvü Rüstəm Xalmuradov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Məzahir Əfəndiyev, Özbəkistan Ali Məclisi Senatının Məhkəmə-hüquq məsələləri və korrupsiya ilə mübarizə komitəsinin üzvü Pokiza Əhmədcanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və Gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov, Özbəkistan Ali Məclisi Senatının Beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm məsələləri komitəsinin üzvü Komila Karamova məruzə ilə çıxış ediblər. Mövzular ətrafında aparılan müzakirələrdə Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək qanunverici orqanlar arasında sıx əməkdaşlıq əlaqələrinin xalqlarımızın yaxınlaşmasında və ortaq dəyərlərin təşviqində rolu barədə fikirlərini açıqlayıb.
Bununla da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026