“Laporta futbolçulara tapşırıq verə bilər ki, az qol vurun” – Əməkdar artistdən proqnoz
Tarix: 25-11-2026 | Saat: 20:30
Bölmə:Şou-biznes | çapa göndər

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
aia.az Showmedia-ya istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv İspaniyanın “Barselona” klubunu qəbul edəcək.
“Barselona”nın azarkeşi olan Azərbaycanın Əməkdar artisti, müğənni Vasif Məhərrəmli Showmedia-ya açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, oyunu stadiondan deyil, evdən izləyəcək. Sənətçi bu dəfə doğma komandaya azarkeşlik edəcəyini vurğulayıb:
“Əlbəttə, bu dəfə öz komandamıza “Sabah”a azarkeşlik edəcəyəm. Başqa cür düşünmək absurd olardı. Dünyanın min “Barselona”sı gəlsə belə, öz komandalarımızın yeri hər zaman ayrıdır. Oyunla bağlı proqnoz vermək çətindir. Ola bilsin ki, “Barselona”nın prezidenti Xuan Laporta Azərbaycanı çox sevdiyi üçün komandaya müəyyən tapşırıq versin və futbolçulardan oyunda çox da dərinə getməməyi istəsin. Bir qədər hörmət etsələr, hesab 2:0 olar. Ancaq belə bir güzəşt etməsələr, hesab 5:0, hətta 6:0 da ola bilər”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər