Mobil versiya
Azərbaycanın internet sürəti üzrə dünya reytinqində mövqeyi dəyişdi
Tarix: 25-11-2026 | Saat: 20:15
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın internet sürəti üzrə dünya reytinqində mövqeyi dəyişdi



Azərbaycan 2026-cı ilin oktyabr ayında sabit və mobil internetin sürətinə görə dünya reytinqində iki pillə geriləyib.

“Speedtest Global Index”in məlumatına əsasən, Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 150 ölkə arasında 83-cü yerdə qərarlaşıb.

Ölkədə sabit internetin median yükləmə sürəti 93,51 Mbit/s, məlumatların ötürülmə sürəti isə 93,98 Mbit/s təşkil edib.

Mobil internetin sürətinə görə Azərbaycan 100 ölkə arasında 49-cu yeri tutub. Bu kateqoriyada yükləmə sürəti 96,17 Mbit/s, ötürülmə sürəti isə 23,28 Mbit/s olub.

Bakı şəhəri sabit internetin 92,78 Mbit/s yükləmə sürəti ilə dünyanın 192 şəhəri arasında 112-ci pillədə qərarlaşıb. Paytaxt əvvəlki ayla müqayisədə iki pillə irəliləyib.

Mobil internet göstəricilərinə görə isə Bakı 115,12 Mbit/s yükləmə sürəti ilə 149 şəhər arasında 88-ci yeri tutaraq üç pillə geriləyib.

Açıqlanan göstəricilərə əsasən, Bakıda mobil internetin yükləmə sürəti sabit internetdən daha yüksəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026