Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan və Özbəkistanın birgə reallaşdırdıqları layihələr hər iki ölkədə turizmin inkişafına yeni töhfələr verəcək”
Tarix: 03-07-2025 | Saat: 19:59
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan və Özbəkistanın birgə reallaşdırdıqları layihələr hər iki ölkədə turizmin inkişafına yeni töhfələr verəcək”

“Azərbaycan Türk dövlətləri ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafını özünün xarici siyasətinin prioritet istiqaməti kimi müəyyən edib. Bu ölkələrlə münasibətlər istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda davamlı şəkildə genişləndirilir və inkişaf etdirilir. Bu baxımdan Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərində müşahidə olunan yüksək dinamika da diqqəti cəlb etməyə bilməz. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana etdiyi dövlət səfərini əlamətdar hadisə kimi dəyərləndirmişdir. Möhtərəm dövlət başçımız mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğulamışdır ki, Özbəkistan Prezidentinin dövlət səfəri qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Hər iki ölkənin dövlət başçıları həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etmiş, münasibətlərin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqləmişlər. Qeyd olunmuşdur ki, keçən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ən ali və əhəmiyyətli sənəddir. Azərbaycan və Özbəkistan artıq iki ildir ki, rəsmi müttəfiq ölkələrdir və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdikləri konkret plan və layihələrlə nümayiş etdirirlər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışını və “Özbəkistan” parkının təməlinin qoyulmasını xüsusi əhəmiyyətli hadisə kimi qeyd edib: “Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan çox asılıdır. Bu da ondan irəli gəlir ki, hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Məhz elə bu baxımdan da Bakıda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılışı ölkələrimiz arasında əməkdaşlığın səmərəliliyinin artırılması, münasibətlərin möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır. Öz çıxışında cənab Prezident belə bir vacib məqamı da diqqətə çatdırdı ki, səfirlik binasının inşa olunduğu yer vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən ayrılıb. Həmin ərazidə inşa edilən və ən müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib. Layihənin unikallığı bundadır ki, səfirliklə yanaşı, Bakının ən gözəl yerində, möhtərəm Prezidentimizin dediyi kimi, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq. Bu layihənin təqdimatı keçən il cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı olmuşdu. Ötən müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görülüb, ərazi artıq köhnəlmiş tikililərdən təmizlənib və qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl bir guşəsi yaradılacaq. Əlbəttə ki, bu, həm şəhər sakinlərinin, həm də xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Beləliklə, Bakıda “Özbəkistan” parkının açılışı ilə ölkəmizdə olan turizm obyektlərinin sayı artacaq və bu da beynəlxalq turizmin inkişafına növbəti mühüm töhfə olacaq” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2025