Mobil versiya
Azərbaycan və Özbəkistan parlamentləri arasında “Yol xəritəsi” imzalanıb -Foto
Tarix: 25-11-2026 | Saat: 20:15
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Azərbaycan və Özbəkistan parlamentləri arasında “Yol xəritəsi” imzalanıb

Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında “Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı”nın (“Yol xəritəsi”) imzalanması mərasimi keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
“Yol xəritəsi” iki ölkənin qanunverici orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini, qanunvericilik fəaliyyəti, habelə parlament diplomatiyası və digər prioritet istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026