Mobil versiya
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi keçirilib -Foto
Tarix: 25-11-2026 | Saat: 20:48
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi keçirilib

Noyabrın 25-də İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Forum çərçivəsində keçirilən panel müzakirələri parlamentlərimizin müvafiq komitələrinin fəaliyyəti və Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın əsas sahələri ilə bağlı geniş məsələləri əhatə etdi. Onun sözlərinə görə, bu formatın xüsusi dəyəri parlament üzvləri arasında birbaşa ünsiyyət, qanunvericilik təcrübəsi mübadiləsi üçün yaratdığı imkanlarla bağlıdır.
Bildirilib ki, Forum bir daha Azərbaycan-Özbəkistan münasibətlərində parlament dialoqunun əhəmiyyətini təsdiqlədi. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti və müvafiq komitələr arasında əlaqələrlə yanaşı, bu, qanunvericilik səviyyəsində əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun Bakı Bəyannaməsinin razılaşdırılmış layihəsini təqdim edib və bəyannamə qəbul edilib.
Spiker Sahibə Qafarova bildirib ki, Bakı Bəyannaməsinin qəbul edilməsi parlamentlərarası dialoqun davamlılığının təmin edilməsi və daha məzmunlu olması baxımından vacibdir. Onun müddəalarının həyata keçirilməsi ikitərəfli əməkdaşlığın qanunvericilik bazasının möhkəmləndirilməsinə və dövlətlərimizin rəhbərlikləri səviyyəsində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə töhfə verəcəkdir.
Qeyd edilib ki, Forumun əsas nəticələrindən biri Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın bu gün keçiriləcək ilk iclası olacaq.
Spiker Sahibə Qafarova Komissiyanın işinin prioritet sahələrdə sistemli əməkdaşlığı təmin edəcəyinə, yeni təşəbbüslər irəli sürəcəyinə və birgə fəaliyyət imkanlarını genişləndirəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib ki, Forum çərçivəsində aparılan müzakirələr əsası prezidentlərimiz tərəfindən qoyulmuş müttəfiqliyin daha da möhkəmlənməsinə və ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verəcək. O, hüquqi və beynəlxalq əməkdaşlıq, iqtisadi və texnoloji layihələr, humanitar və gənclər siyasəti sahəsində əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmli rol oynadığını və ölkələrarası münasibətlərin inkişafına töhfə verdiyini söyləyib. Bildirib ki, qanunverici orqanlar arasında qarşılıqlı dialoq etimadın möhkəmlənməsinə və ortaq təşəbbüslərin icrasına zəmin yaradır.
Tənzilə Narbayeva İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun yekunları ilə bağlı qəbul edilmiş Bakı Bəyannaməsinin mühüm əhəmiyyətini vurğulayıb.
Foruma yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında imzalanmış 2027-2028-ci illər üçün yeni “Yol xəritəsi”nin birgə işin mühüm nəticəsi olduğunu qeyd edib və tədbir iştirakçılarına bu Forumda iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Bununla da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026