25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfərin və milli qürurun təcəssümü
Tarix: 25-11-2026 | Saat: 16:52
Bölmə:Siyasət | çapa göndər

25 noyabr Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyət daşıyan, milli qürur və dövlətçilik iradəmizin təntənəsini özündə ehtiva edən əlamətdar günlərdən biridir. Bu tarix təkcə Kəlbəcərin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində əldə edilmiş tarixi Zəfərin, milli birliyimizin və sarsılmaz dövlət iradəmizin təcəssümüdür.
Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, misilsiz təbii sərvətlərə və strateji coğrafi mövqeyə malik bölgələrindən biridir. Bu diyarın tarixi minilliklərin dərinliklərinə gedib çıxır. Ərazidə aşkarlanmış qədim yaşayış məskənləri, qayaüstü təsvirlər, süni mağaralar və müxtəlif tarixi-mədəni abidələr Kəlbəcərin Azərbaycan xalqının tarixi-mədəni irsində mühüm yer tutduğunu təsdiqləyir. Bölgənin təbii-coğrafi xüsusiyyətləri, zəngin meşələri, mineral su ehtiyatları və dağlıq relyefi onun həm iqtisadi, həm də strateji əhəmiyyətini daha da artırır.
Lakin bu qədim Azərbaycan torpağı 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində Kəlbəcər sakinləri doğma yurdlarından didərgin salındı, yüzlərlə insan həyatını itirdi, yüzlərlə insan əsir və itkin düşdü. Rayonun tarixi-mədəni irsinə, sosial infrastrukturuna, yaşayış evlərinə və iqtisadi potensialına ciddi ziyan vuruldu. Bir zamanlar həyatın qaynadığı kəndlər, qəsəbələr və şəhər viran qoyuldu.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğal BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsində də öz əksini tapmış, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb edilmişdi. Təəssüf ki, uzun illər ərzində bu qətnamənin icrasının təmin edilməməsi beynəlxalq hüququn selektiv tətbiqinin və beynəlxalq ictimaiyyətin ikili standartlarının bariz nümunəsinə çevrildi.
Azərbaycan dövləti isə bütün bu illər ərzində öz prinsipial mövqeyindən geri çəkilmədi. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan sülh danışıqlarını davam etdirməklə yanaşı, güclü ordu quruculuğunu, iqtisadi inkişafı və dövlət institutlarının möhkəmləndirilməsini prioritet istiqamətlər kimi müəyyənləşdirdi.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Müharibənin ilk günlərindən Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin hərbi-logistik imkanlarını ciddi şəkildə məhdudlaşdırdı.
Nəhayət, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik işğala son qoyuldu və Kəlbəcər öz tarixi sahibinə qovuşdu.
Bu hadisə Azərbaycan dövlətinin hərbi-siyasi strategiyasının, diplomatik fəaliyyətinin, güclü ordusunun və xalq-iqtidar birliyinin uğurlu nəticəsi kimi tarixə düşdü. Kəlbəcərin azad olunması bir daha nümayiş etdirdi ki, Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmində olan güclü dövlətdir.
Kəlbəcər Zəfər tariximizin yalnız keçmişə aid bir səhifəsi deyil, həm də gələcək inkişafımızın mühüm istiqamətidir. Bu torpağın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində Kəlbəcər yenidən öz sahibinə qovuşub. Bu gün onun dirçəlişi milli qürurumuzun və dövlətimizin gücünün bariz göstəricisidir.
Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2026
16:21 Müğənni Nəfəsə ağır itki