ABŞ-dan İrana dair təcili xəbərdarlıq – Bölgədə hərbi gərginlik arta bilər
Tarix: 25-11-2026 | Saat: 22:22
Bölmə:Özəl | çapa göndər

ABŞ Dövlət Departamenti vətəndaşlarını İranı dərhal tərk etməyə çağıraraq Yaxın Şərqdə hərbi əməliyyatların genişlənə biləcəyi barədə xəbərdarlıq edib.
Departamentin bəyanatında İranın, Yəməndəki husilərin və Tehranla əlaqəli digər silahlı qüvvələrin bölgədə ABŞ vətəndaşlarını, şirkətlərini və müəssisələrini hədəfə ala biləcəyi bildirilib.
“İrana heç bir səbəbdən səfər etməyin. ABŞ vətəndaşları İranı dərhal tərk etməlidirlər”, – deyə bəyanatda vurğulanıb.
Vaşinqton vətəndaşlarına aviareyslərin ləğvinə, hava məkanının mümkün bağlanmasına və quru sərhədlərində keçid qaydalarının dəyişməsinə hazır olmağı tövsiyə edib.
Politoloq Rəhman Bayramov hesab edir ki, bu xəbərdarlıq ABŞ-ın regionda daha ciddi hərbi-siyasi proseslərə hazırlaşmasının göstəricisi ola bilər.
Ekspertin fikrincə, Vaşinqtonun strateji maraqları İranın hərbi və nüvə potensialının zəiflədilməsi ilə məhdudlaşmaya bilər. Hörmüz boğazı, beynəlxalq enerji marşrutları və Yaxın Şərqdə qüvvələr balansı da bu prosesdə mühüm rol oynayır.
Politoloq mümkün hərbi qarşıdurmanın nəticələrinin regional sərhədləri aşaraq qlobal miqyas ala biləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan üçün belə şəraitdə əsas prioritet milli təhlükəsizliyin qorunması və təmkinli diplomatiyanın davam etdirilməsidir.
Bununla belə, ABŞ-ın vətəndaşlarına İranı tərk etmək çağırışı yeni hərbi əməliyyat barədə yekun qərarın qəbul edildiyini təsdiqləmir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2026