Mobil versiya
İraqın neft gəlirlərində milyardlarla dollarlıq itki – 303 milyardın taleyi gündəmdə
Tarix: 25-11-2026 | Saat: 18:16
Bölmə:Özəl | çapa göndər

İraqın neft gəlirlərində milyardlarla dollarlıq itki – 303 milyardın taleyi gündəmdə




İraqın dövlət büdcəsinin son 17 ildə neft qaçaqmalçılığı və maliyyə pozuntuları nəticəsində təxminən 303 milyard dollar itirdiyi açıqlanıb.

Bu barədə İraq parlamentinin deputatı Məhəmməd əl-Xəfaci ölkənin Ali Federal Audit Şurasının hesabatlarına istinadən məlumat verib.

Deputatın sözlərinə görə, büdcə qanunvericiliyində nəzərdə tutulan neft tədarükü öhdəliklərinin yerinə yetirilməməsi dövlətə 101 milyard dollar zərər vurub.

Dövlət Neft Marketinq Şirkətindən (SOMO) kənar həyata keçirilən neft ixracının həcmi isə 79 milyard dollar dəyərində qiymətləndirilib.

Bundan əlavə, ölkənin şimalındakı federal neft yataqlarının İraq Kürdüstanı Muxtar Regionunun nəzarətinə keçməsi nəticəsində yaranan maliyyə itkilərinin 123 milyard dollara çatdığı bildirilib.

Deputatın təqdim etdiyi hesablamalara əsasən, dövlət büdcəsinin ümumi itkisi 303 milyard dollar təşkil edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026