Mobil versiya
Trampdan Zelenskiyə cavab – Sülh üçün konkret tarix yoxdur
Tarix: 25-11-2026 | Saat: 19:43
Bölmə:Özəl | çapa göndər

Trampdan Zelenskiyə cavab – Sülh üçün konkret tarix yoxdur




ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Moskva ilə Kiyev arasında dekabr-yanvar aylarında sülh sazişinin əldə olunmasının planlaşdırıldığı barədə açıqlamasına münasibət bildirib.

Tramp “New York Post” qəzetinə müsahibəsində bununla bağlı suala belə cavab verib:

“Bunu kim dedi? O, məndən nə etməyimi istəyir?”

ABŞ lideri Ukrayna müharibəsinin başa çatdırılması üçün konkret vaxt cədvəlinin müəyyən edilmədiyini vurğulayıb.

Tramp münaqişənin həllində maraqlı olduğunu, lakin bunun hər iki tərəfin mövqeyindən asılı olduğunu bildirib.

“Mən sadəcə onun həll olunmasını istəyirəm. Buna bir gün nail olmaq istərdim, amma tanqo üçün iki adam lazımdır. Görək nə olacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026