Mobil versiya
"Qadın seçici olar, cəsarət cahillikdir"
Tarix: 25-11-2026 | Saat: 23:16
Bölmə:Şou-biznes | çapa göndər

"Qadın seçici olar, cəsarət cahillikdir"


"Deyirlər ki, əkizlərin ahını alma. Çünki ahı ağırdır. Biz doğru sevənik. Əkizlər də iki cür olur. Bəzi tanıdıqlarımdan zəhləm gedir. Mənim kimi əkizlər milyonlarladır. Biz başqayıq. Ahdan qorxuram. Qorxağam. Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram".
aia.az Axşam.az-a xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib. Bürcündən danışan müğənni eyni zamanda yeni klipindən bəhs edib.

"Qırmızı rəng qadınıyam. Heç vaxt peşman olmağı sevməmişəm, amma bu klipdə peşman oldum. Cahilliyimdən bir çox şeyləri yaşadım. O məni böyütdü. Peşmançılıq çəkən Röya var" deyə, ifaçı əlavə edib.

Röya cəsarətli olmadığını etiraf edib:

"Seçici biriyəm. Cəsarət ağılsızlıqdır. Cəsarət kişiyə aid olan xüsusiyyətdir. Əsgəri, hərbçini sevərəm. Qadınlıqda cəsarət, cahillikdir. Ona görə də seçici olmağı seçərəm".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026