Mobil versiya
Süleyman Mikayılov təhlükə ilə üzləşib -Struktur islahatlar icra başçısının karyerasına son qoyacaq
Tarix: 24-09-2021 | Saat: 16:47
Bölmə:Media | çapa göndər

Süleyman Mikayılov təhlükə ilə üzləşib -Struktur islahatlar icra başçısının karyerasına son qoyacaq

Prezident Adminstrasiyası tərəfindən hazırlanan struktur islahatlar idarəetmədə köklü dəyişikliklər edəcək. Bunu struktur islahatlarla bağlı məlumatlı şəxs anonumliyini saxlamaq şərti ilə bildirir. Mənbənin sözlərinə görə, yeni struktur islahatlar sovet dövründən miras qalmış bir sıra problemlərin həllinə gətirib çıxarmalı, ikili idarəetməyə son qoymalı, bürokratik şəbəkəni ciddi sürətdə sadələşdirməlidir. Ekspert səviyyəsində struktur islahatlar paketinin hazırlanmasında iştirak etmiş şəxsin sözlərinə görə, paytaxt Bakının rayonlarının ləğv edilməsi nəzərdə tutulur. Paytaxtın ərazisi isə üç dairəyə bölünəcək. Bu islahatlar nəticəsində rayon icra hakimiyyətləri ləğv ediləcək. Bakı şəhər icra hakimiyyətinin başçısının dairələr üzrə nümayəndələri olacaq. İstisna deyil ki, həmin dairələrin rəhbərləri prezident sərəncamı ilə təyin ediləcək. İstənilən halda, dairələrin rəhbərliyinə bu gün paytaxtın rayonlarına rəhbərlik edən şəxslər olmayacaq.
Bu isə hazırda paytaxtın rayonlarının icra baçılarının vəzifələrini itirməsi ilə nəticələcək. Mənbə bildirir ki, islahatlarda əsas məqsədlərdən biri də məhz bu kadrların hamsıından bir yerdə vidalaşmaqdır. Həmin şəxslər isə vəzifələrini itirəndən sonra yolları istintaqdan düşəcək.
Ən ciddi təhlükə ilə üzləşəcək rayon icra başçılarından birincisi Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılovdur. Məsələ ondan ibarətdir ki, Kəmaləddin Heydərov Dövlət Gömürk Komitəsinin sədri təyin olunana kimi əmək fəaliyyəti orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri işləməkdən ibarət olub. Kəmaləddin Heydərovun Dövlət Gömürk Komitəsinin sədri təyin olunduqdan sonra Süleyman Mikayılov 1995-ci ildə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi təyin edilir. Yeri gəlmişkən, Elçin Muradovun Bakı Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsindən azad edilməsində Süleyman Mikayılovun xidmətinin də olduğu iddia edilir. Elçin Muradov Bakı Baş Gömrük İdarəsinin rəsi müavini vəzifəsindən azad edildəkdən sonra onun yerinə Süleyman Mikayılov təyin olunur. Bir müddət sonra Süleyman Mikayılov Bakı Baş Gömrük İdarəsinin rəsi təyin olunur. Məsələ onadan ibarətdir ki, həmin dövrdə Elçin Muradov gömrük sisteminin Kəmaləddin Heydərov tərəfindən tayfalaşdırması siyasətinə müqavimət göstərən ən güclü şəxs idi. Hər kəs anlayırdı ki, Dövlət Gömürk Komitəsinin gələcəyi Kəmaləddin Heydərovla Elçin Muradov arasında mübarizənin nəticəsindən asılı olacaq. Kəmaləddin Heydərovun qalibiyyətindən sonra qeyd etdiyimiz kimi əmək fəaliyyəti musiqi məktəbində bədən tərbiyəsi rəhbəri işləməkdən ibarət olan Süleyman Mikayılov Bakı Baş Gömrük İdarəsinin rəsi vəzifəsinə kimi yüksəlir. Lakin, sonra Süleyman Mikayılov Kəmaləddin Heydərov qəzəbinə gəlir və Bakı Baş Gömrük İdarəsinin rəsi vəzifəsindən azad edilirək Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini təyin edilir. Hətta həmin dövrdə bir neçə dəfə sərəncama da götürülür. Süleyman Mikayılovun Bakı Baş Gömrük İdarəsinin rəsi vəzifəsindən azad edilməsinə səbəb olan özəl hadisə və yenidən Kəmaləddin Heydərovun dəstəyini hansı şəkildə almasına növbəti yazıda aydınlıq gətirəcəyik.
(ardı var)
A.Aydın,
sozcu.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024