AZ RU Mobil versiya
Balakən Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
Tarix: 07-05-2021 | Saat: 16:46
Bölmə:Aktual | çapa göndər

Balakən Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Mayın 7-də Balakən Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Şəhidlər xiyabanını ziyarət ediblər.

Rayon mədəniyyət mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı icra hakimiyyətinin başçısı İslam Rzayev açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb.

Konfransda Balakən Rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayevin hesabat məruzəsi dinlənilib.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Qurumun rəsmisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edib, Zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu vurğulayıb.

Şuranın sədr müavini ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Sonra təşkilati məsələlər müzakirə olunub, Balakən Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib. Xəlifə Mirəliyev səsvermə yolu ilə Şuranın yeni sədri seçilib.

Konfransda, həmçinin rayon Ağsaqqallar Şurasının İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

698 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-06-2021
14-06-2021