Mobil versiya
İbrahim Cəfərov: “Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi müstəqil və güclü dövlətimizin qurulması istiqamətində atılmış ilk mühüm addım idi”
Tarix: 02-09-2024 | Saat: 10:53
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

İbrahim Cəfərov: “Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi müstəqil və güclü dövlətimizin qurulması istiqamətində atılmış ilk mühüm addım idi”

“Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm dövrlərindən biri olan 1990-1993-cü illər bilavasitə Naxçıvanla əlaqədardır. Taleyin hökmü ilə muxtar respublika üçün çox mürəkkəb bir dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməli olan Ümummilli Lİder bu torpaqda bütövlükdə Azərbaycan üçün taleyüklü qərarlara imza atdı, müstəqil dövlətçiliyin konseptual istiqamətlərini müəyyənləşdirdi. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsi oldu. Ulu Öndərimizin Naxçıvanın və əhalisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində, hərbi müdafiə sahəsində atdığı addımlar, rus qoşunlarının bölgədən qansız-qadasız çıxarılması və bu zaman bütün silah-sursatın Azərbaycanda qalması dünya hərbi diplomatiya sənətinin ən böyük hadisələrindən biri hesab edilməlidir. Bu gün Ümummilli Lider Heydər Əliyevin 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri seçilməsindən 33 il ötür. Ulu Öndərin dövlət, millət qarşısında xidmətləri zaman keçdikcə daha da aydın görünür. Bu dahi şəxsiyyətin ən böyük istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən müstəqil, güclü, müasir dövlətin yaradılması idi. Məhz Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi bu məqsədə gedən yolda atılmış ilk mühüm addım idi. Bu tarixi hadisədən sonra Azərbaycanın dövlətçilik tarixində mühüm dəyişikliklər baş vermişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib.

Fikirlərini davam etdirən müsahibimiz daha sonra bildirib ki, Naxçıvandan başlanan müstəqillik yolu milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı: “Ulu Öndər Heydər Əliyev keçmiş Sovetlər Birliyinin hələ mövcud olduğu bir dövrdə son dərəcə cəsarətli addım ataraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin götürülməsinə nail oldu. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikanın Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Məhz Naxçıvanda 20 Yanvar tarixinin milli matəm günü elan olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu. Azərbaycan Xalq Cümhurriyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ulu Öndərin təşəbbüsü ilə muxtar respublikanın Dövlət bayrağı olaraq təsdiq olundu. Eyni zamanda, Naxçıvan Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı və 1991-ci il fevralın 5-də bu vəsatətə baxıldı. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. Diqqətəlayiq haldır ki, həmin dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırması üçün tədbirlər görülür, Türkiyə və İranla iqtisadi əlaqələr qurulurdu. Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasınına yüksək gərginlikli elektrik xətləri çəkildi. Göründüyü kimi, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, həyata keçirdiyi islahatlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ulu Öndərin gərgin fəaliyyəti və səyləri nəticəsində sabitlik təmin edildi, muxtar respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Naxçıvanda həyata keçirlən tədbirlər, əldə olunan nailiyyətlər 1990-1993-cu illərdə xaos və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan Azərbaycan üçün ümid və nicat yeri oldu” – deyə, İbrahim Cəfərov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024