Münasibətlərin sabahları daha aydın, daha etibarlı olacaq - DEPUTAT
Tarix: 10-10-2025 | Saat: 22:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

Keçmiş SSRİ məkanında yaradılan Müstəqil Dövlətlər Birliyinin fəaliyyəti də aktivdir. Bu əsasən siyasi fəaliyyət kimi gündəmdə olub. Bu birlikdə müstəqil Azərbaycan dövləti də təmsil olunur. Təmsil olunma fəaliyyətin istər siyasi, istərsə də mədəni əlaqələrin daha geniş formatda davam etdirilməsidir.
MDB-yə daxil olan müxtəlif dövlətlərdə müxtəlif mahiyyətli tədbirlər keçirilir ki, bu da qarşılıqlı siyasi əlaqələrin daha məzmunlu istiqamətlər üzrə davam edirilməsində başlıca koordinəedici qurum kimi çıxış edir.
Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Bu iclasda Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev də iştirak etdi. Dövlət başçımız bu mötəbər tədbirdə çıxışında qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar, nailiyyətlər münasibətilə təbrik edərək qeyd etdi ki, Düşənbə sürətlə inkişaf edir, yeni binalar tikilir, şəhərsalmada böyük uğurlara nail olunub. Tacikistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini, bu iki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyini də diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü də bildirdi: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.
Dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yaranmasında, inkişafında və formalaşmasında idmanın böyük əhəmiyyəti olur. Son illərdə belə əlaqələr həm məzmun, həm də forma baxımından yeniləşməkdədir. Bu baxımdan bu günlərdə Azərbaycanda keçirilən III MDB Oyunları diqqəti çəlb edir. Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”...
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası dövlətlərarası münasibətlər sistemində əhəmiyyətli oldu. Tarix belə münasibətlərin sabahlarının daha aydın, daha etibarlı olacağına əmindir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər