Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirib -Foto
Tarix: 11-10-2025 | Saat: 14:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti görüşlərini keçirib.
Müsabiqə qaliblərinin fərdi inkişaf proqramlarına uyğun olaraq təşkil olunan görüşlərdə dövlət idarəetmə metodları və qərarvermə proseslərinə dair müasir yanaşmalar müzakirə olunub. Zakir İbrahimov diplomatik protokol və biznes etiketi qaydalarının incəlikləri, düzgün peşəkar kommunikasiyanın qurulması, işgüzar danışıqların aparılması metodları və bu biliklərin gündəlik iş fəaliyyətində tətbiqi barədə fikirlərini bildirib və bu istiqamətdə peşəkar təcrübəsini bölüşüb.
Bununla yanaşı, səmərəli iş prosesinin qurulması, qərarvermə bacarıqlarının təkmilləşdirilməsi və bu istiqamətdə vacib peşəkar keyfiyyətlərin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb. Cəmiyyətin sədri iştirakçılara bu istiqamətdə faydalı tövsiyə və tapşırıqlarını verib. Görüş interaktiv sual-cavab formatında davam edib.
Sonda “Yüksəliş” müsabiqəsinin qalibləri görüş zamanı müzakirə olunan mövzuların onların peşəkar fəaliyyətinə, liderlik keyfiyyətlərinin və rəhbərlik bacarıqlarının inkişafına mühüm töhfə verəcəyini qeyd edərək, mentor Zakir İbrahimova dəyərli məsləhətləri və dəstəyinə görə təşəkkürlərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2025
10-10-2025