TÜRKÜN YOLU QƏBƏLƏDƏN BAŞLAYIR
Tarix: 07-10-2025 | Saat: 14:44
Bölmə:Manşet / Özəl / Yazar3 | çapa göndər

Mənim nəzərimdə dünya rəqəmlər yox, hisslərdir. Qəbələdə isə həm hiss, həm də tarix danışdı. Türk Dövlətləri Təşkilatının (TDT) bu ulu diyarda keçirilən Zirvə Görüşü, sadəcə bir siyasi toplaşma deyildi; o, qədim bir millətin müqəddərat xəritəsinin yenidən cızıldığı, ruhun oyandığı an idi.
O məqamda, Cənab Prezident İlham Əliyevin hər bir kəlməsi sanki minillik yuxudan oyanan bir xalqın qətiyyətli nəğməsi idi. Prezident sülhdən, təhlükəsizlikdən, iqtisadi birgəlikdən danışanda, mən quru terminlər yox, qardaşların bir-birinə uzanan əlini, təməli qəhrəmanlıqla qoyulmuş gələcəyi gördüm. Lider bu birliyin artan rolunu belə ifadə etdi: "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır."
Cənab Prezidentin çıxışının mərkəzi sülhə doğru aparan Zəfər yolu idi. O, bu zəfərin məntiqi davamını qeyd etdi: "İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək." Bu sülhün qorunması üçün isə güclü birlik vacibdir. Məhz buna görə də Cənab Prezident "2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm" deyərək, Türkün gücünü qlobal sınaqlara qarşı möhkəmləndirdi. Qardaşımız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu sülh addımını "xeyirli" kimi dəyərləndirdi və Qırğızıstan Prezidenti Sadır Japarov da Vaşinqton Bəyannaməsinin sabitliyə töhfəsini təsdiqlədi.
Türkün qəlbindən keçən ən mühüm çağırış isə dil və iqtisadi birliyə dair oldu. Prezident Ərdoğanın "Ortaq türk əlifbasının formalaşdırılmasını tezləşdirməliyik" çağırışı ilə yanaşı, Cənab Əliyev iqtisadi gücün rəqəmlərini açıqladı: "Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub."

Birləşmə arzusu isə Zəngəzur dəhlizində konkretləşdi. Cənab Prezident bu mühüm strateji layihə barədə dedi: "Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir." Türkiyə Lideri isə buna cavab olaraq "Xəzər dənizindən tranzitlə keçəcək Orta Dəhliz layihəsini daha da məhsuldar hala gətirməliyik" deyərək, bu yolun əhəmiyyətini bir daha vurğuladı.
Cənab Əliyev Türk dünyasını gələcəyin enerjisi ilə də birləşdirir. O, iddialı hədəfi açıqladı: "2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək" və əlavə etdi: "Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik." Bu, Türkün qlobal inkişafın və ekoloji məsuliyyətin əsas daşıyıcısı olmaq niyyətidir.
Və ən nəhayət, Qarabağa uzanan qardaş əlləri... Bu, Zirvənin ən emosional və mənəvi yükü olan anı idi. Cənab Əliyev dedi: "Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq." Prezident Ərdoğanın "TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək" bəyanatı isə bu birliyin artıq dəyişən şərtlərə uyğunlaşan, qlobal problemlərə ortaq duruş sərgiləyən bir mərkəz olduğunu göstərir.
Qəbələ zirvəsi bitdi. Amma bu Zirvədən Türkün Yolu başladı. Bu yol dil, əlifba, qüdrət və sülh yoludur. İndi hər birimiz bu yola çıxan qafilənin bir parçasıyıq!
Şəmsi QOCA,
QƏRBİ AZƏRBAYCAN İCMASINLN ELMİ İŞÇİSİ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər