Tramp administrasiyası federal işçilərini ixtisar etməyə başlayır
Tarix: 10-10-2025 | Saat: 22:16
Bölmə:Özəl | çapa göndər

Ağ Evin İdarəetmə və Büdcə Ofisinin (OMB) direktoru Russell Vought, hökumətin büdcə mübahisəsinə görə bağlı qaldığı üçün federal işçilərin ixtisar edildiyini açıqladı.
Vought ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında məsələ ilə bağlı yazı paylaşıb.
Yazıda OMB Direktoru Vought "İşçilərin ixtisarı başlayıb" dedi.
ABŞ prezidenti Donald Tramp keçən həftə hansı federal qurumların ixtisar ediləcəyini müəyyən etmək üçün Vought ilə görüşəcəyini açıqlamışdı.
2025-ci maliyyə ili çərşənbə axşamı, sentyabrın 30-da gecə yarısı başa çatdığından, Konqresin müvəqqəti büdcə qanun layihəsini təsdiq etməməsi səbəbindən federal hökumət yeni maliyyə ili başlamazdan əvvəl fəaliyyətini dayandırdı.
Konqresin federal dövlət qurumlarının fəaliyyətini davam etdirməsinə imkan verən müvəqqəti büdcə qanun layihəsini qəbul etməməsi nəticəsində yaranan bağlanma, bir çox federal işçinin işdən çıxarılması ilə nəticələndi.
ABŞ-da federal hökumətin bağlanması maliyyə çatışmazlığı səbəbindən onuncu gününə girərkən, Respublikaçılar və Demokratlar hələ də fasiləli büdcə ilə bağlı kompromis əldə edə bilməyiblər.
Vaşinqtonda büdcə çıxılmazı davam etdiyi bir vaxtda həm Respublikaçılar, həm də Demokratlar partiyasının fasiləsiz büdcə təklifləri dünən yeddinci dəfə Senatda lazımi sayda səs toplaya bilmədi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər