Mobil versiya
Prezident dövlət siyasətinin strateji prioritetini açıqladı
Tarix: 12-10-2025 | Saat: 18:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident dövlət siyasətinin strateji prioritetini açıqladı

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir.

aia.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolunun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılıb, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilib, hakimlərin müstəqilliyi möhkəmləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2025