Əziz Ələkbərli: “Azərbaycan-Tacikistan əlaqələri strateji zirvəyə yüksəlib”
Tarix: 11-10-2025 | Saat: 14:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Cənab Prezident İlham Əliyevin oktyabrın 10-da MDB Dövlət Başçılarının Düşənbədəki görüşündə çıxışı, sadəcə bir illik hesabat deyil, Azərbaycanın uzunmüddətli strateji hədəflərini – sülhə sadiqliyini, iqtisadi inkişaf modelini və mədəni diplomatiyasının zəfərini özündə ehtiva edən dərin məzmunlu bəyanatdır. Bu çıxışın təməlində Azərbaycan-Tacikistan münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyması dayanır. Prezidentimizin dediyi kimi, bu əlaqələr "qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir." Unutmayaq ki, SSRİ dağıldıqdan sonra hər iki ölkə vətəndaş müharibəsi və xaosla üzləşmişdi, lakin Ulu Öndər Heydər Əliyevin və Prezident Emoməli Rəhmonun müdrikliyi ilə əlaqələr bərpa olundu. 1992-ci ildən diplomatik münasibətlər qurulsa da, 2024-cü ildə imzalanan "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" əlaqələrimizin zirvəsini təşkil edir. Prezidentin Düşənbənin sürətli inkişafını təqdir etməsi də qardaşlığın və qarşılıqlı rəğbətin bariz nümunəsidir.”
Bu sözləri millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışını aia.az-a müsahibəsində şərh edərkən deyib.
Əziz Ələkbərli qeyd edib ki, cənab Prezident İlham Əliyevin MDB iclasındakı çıxışı və Tacikistan Prezidenti ilə görüşü iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha təsdiqlədi. Azərbaycan Prezidenti çıxışında qardaş Tacikistan xalqını Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istədiyini bildirdi: “Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir.”
Müsahibimiz vurğulayıb ki, son illərdə Azərbaycan-Tacikistan münasibətləri xeyli inkişaf etmişdir. O, 2007-ci il "Dostluq və Əməkdaşlıq haqqında Müqavilə" və 2024-cü ildə imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" kimi sənədlərin bu əlaqələrin hüquqi bazasını təşkil etdiyini bildirib: “Cənab Prezident İlham Əliyev qeyd etdi ki, "Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir." Bu, liderlər arasındakı şəxsi münasibətlərin dövlətlərarası əlaqələrin inkişafında həlledici rol oynadığını göstərir.”
Millət vəkili qeyd edib ki, danışıqların əsas mövzularından biri də iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşdirilməsi olub. Əziz Ələkbərli bu kontekstdə Azərbaycanın təşəbbüsü olan Orta Dəhliz layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb: "Azərbaycanın modern nəqliyyat-logistika infrastrukturu və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TITR) Tacikistandan yükgöndərənlər üçün ən cəlbedici marşrutdur. Prezidentlərin səyləri sayəsində 2024-cü ilin ilk dörd ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 78 faiz artıb. Bu, əməkdaşlıqda böyük istifadə olunmamış ehtiyatların olduğunu göstərir."
Əziz Ələkbərli Prezident İlham Əliyevin çıxışında humanitar sahədə əməkdaşlıq və mədəniyyət diplomatiyası məsələsinə də xüsusi diqqət yetirib: “Prezident MDB dövlət başçılarına Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü bildirdi: “Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.” Bu, Azərbaycanın Qayıdış proqramının uğurudur.”
Millət vəkili, həmçinin, III MDB Oyunlarının əhəmiyyətini vurğulayıb: “Prezident İlham Əliyev qədim Gəncə şəhərində keçirilən III MDB Oyunlarının, o cümlədən Xankəndi daxil olmaqla daha altı şəhərdə uğurla təşkilinin MDB məkanında dostluğu gücləndirdiyini qeyd etdi: "Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir.”
Müsahibimiz son olaraq, beynəlxalq əlaqələrin inkişafı və strateji tərəfdaşlığın ümumi əhəmiyyəti barədə fikirlərini bölüşdü:
“SSRİ dağıldıqdan sonra əlaqələrin bərpasında Heydər Əliyev və Emoməli Rəhmonun səyləri həlledici oldu. Bu gün isə Cənab Prezident İlham Əliyevin yürütdüyü çoxvektorlu və müstəqil siyasət sayəsində Azərbaycan Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanla münasibətləri qardaşlıq zəminində inkişaf etdirir. Bu uğurlu əməkdaşlıq nümunəsi, coğrafi məsafədən asılı olmayaraq, ölkələr arasındakı münasibətlərin qurulmasında bir örnəkdir. Cənab Prezidentin müdrik və qətiyyətli addımları ölkəmizi davamlı inkişaf və rifah yolunda inamla irəli aparır, həm regional, həm də qlobal miqyasda mühüm tərəfdaş kimi qəbul edilməsini təmin edir” – deyə müsahibimiz sonda qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2025
10-10-2025