Eldar Quliyev: “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərarın qəbul edilməsi çox böyük tarixi nailiyyətdir”
Tarix: 13-08-2025 | Saat: 10:52
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament / Seçilənlər-1 | çapa göndər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 07-09 avqust 2025-ci il tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfər bu ilin ən mühüm hadisələrindən biri kimi ölkəmizin tarixində qalacaq. Bu səfər istər Azərbaycan-Amerika münasibətlərinin yeni, strateji əməkdaşlığı ehtiva özündə edən mərhələyə keçidi üçün möhkəm zəminin yaradılması, istərsə də Ermənistanla imzalanacaq sülh sazişinin paraflanması və buna dair Bigə Bəyannamənin qəbul edilməsi ilə bağlı müstəsna əhəmiyyət kəsb edir. Əldə olunan tarixi nəticələr isə Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsi olmaqla təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də bütün Avrasiya məkanı üçün möhtəşəm perspektivlər açır. Sadəcə imzalanmış Bəyannamədə təsbit olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçirilməsi artıq Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini dəfələrlə artıracaq, Avropa ilə Asiya arasında bağlantıları daha möhkəm və etibarlı edəcək. ATƏT-in Minsk qrupunun ləğvi isə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda ən ciddi manelərdən birini aradan qaldırmış olacaq.
Bugünkü buraxılışımızda cənab Prezident İlham Əliyevin Vaşiqtona səfəri, Ağ Evdə imzalanmış Birgə Bəyannamənin müddəalarında nəzərdə tutulan məsələlərin önəmi, Ermənistanla bağlanacaq sülh sazişinin paraflanmasından irəli gələn məsuliyyətlər, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur. Bugünkü mövzumuz da əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 7 avqust tarixində Amerika Biləşmiş Ştatlarına işgüzar səfəri ilə bağlı olacaq...
- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. İcazənizlə suallara keçməzdən öncə mən bir fikrimi ifadə etmək istərdim. Birmənalı olaraq qeyd edilməlidir ki, cənab Prezident İlham Əliyevin ABŞ Prezidentinin təşəbbüsü və dəvəti ilə Vaşinqtona etdiyi səfər həqiqətən də tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin Ağ Evdə keçirilməsi Tramp administrasiyasının və şəxsən ABŞ Prezidentinin artıq Cənubi Qafqazda gedən proseslərə tamamilə fərqli prizmadan baxdıqlarını deməyə əsas verir. Mən fərqli dedikdə, əlbəttə ki, keçmiş prezident Baydenin dövründə formalaşmış destruktiv və qərəzli yanaşma tərzini nəzərdə tuturam. Cənab Trampın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərdiyi səyləri düzgün şəkildə yüksək qiymətləndirməsi və bir çox başqa amillər buna şərait yaratdı ki, artıq Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərar verildi. Əlbəttə ki, bu, artıq özü-özlüyündə çox böyük nailiyyətdir. Lakin cənab Prezident İlham Əliyevin ABŞ-a səfəri bir neçə belə nailiyyətlə əlamətdar oldu ki, məhz onların da külliyatı bu səfəri tarixi hadisəyə çevirdi.
- Razıyam sizinlə, Eldar müəllim. Əlbəttə ki, bu səfər həqiqətən də tarixi hadisədir və mən hətta deyərdim ki, ümumilikdə Cənubi Qafqaz regionu üçün bəlkə də yeni bir tarixi dövrün başlanğıc nöqtəsidir. Lakin mən ilk növbədə Sizdən bilavasitə Azərbaycan-Amerika ikitərəfli münasibətləri barədə fikirlərinizi davam etdirməyinizi xahiş etmək istərdim...
- Əlbəttə ki, Azərbaycan-Amerika ikitərəfli münasibətləri bu gün izlədiyimiz konstruktiv proseslərin bundan sonra da hansı məcrada davam edəcəyinə ən çox təsir edəcək mühüm amillərdən biridir. Təbii ki, ölkəmiz dünyanın nömrə bir supergücü sayılan ABŞ ilə əlaqələrin hərtərəfli inkişafında hər zaman maraqlı olub. Ötən illərdə, xüsusən də elə cənab Trampın ilk prezidentliyi dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından bir çox nailiyytlər də əldə olunmuşdu. Lakin təəssüflər olsun ki, son bir neçə il ərzində həmin nailiyyətlər demək olar ki, bütünlüklə itirilmiş, hətta iki ölkə arasında kifayət qədər gərginliklər də yaşanmışdı. Bunun əsas səbəbi isə Bayden administrasiyasında, ABŞ senatında olan bəzi ermənipərəst qüvvələrin ölkəmizə qarşı yönəlmiş destruktiv fəaliyyətləri idi. Bayden isə həmin vaxt Ağ Evin rəhbəri olaraq Azərbaycanla bağlı tamamilə səhv mövqe seçdi. Bütün bunlar da öz mənfi nəticələrini göstərməkdə gecikmədi. Lakin 2024-cü ilin noyabrında Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi ölkələrimiz arasında əlaqələrin yenidən normallaşacağına dair böyük gözləntilər yaratdı. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təbrik məktubunda bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Təbii ki, belə bir əminlik üçün dövlət başçımızın bütün əsasları var idi. Artıq qeyd etdiyim kimi, cənab Tramp hələ birinci prezidentliyi dövründə də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırdı və bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni mərhələyə keçidi təmin edəcək mühüm amillərdən biri də məhz elə o dövrdə formalaşmış qarşılıqlı hörmət və etimad prinsipləridir. Başqa sözlə desək, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha yüksək və daha səmərəli səviyyəyə keçidi üçün bu gün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də önəmli tarixi bağlantılar mövcuddur.
- Eldar müəllim, Siz az öncə Strateji Tərəfdaşlıq Xartiyasını xatırlatdınız. Necə bilirsiniz, bu sənədin tam hazırlanaraq imzalanmasının yaxın vaxtlarda şahidi ola biləcəyikmi?
- Buna heç bir şübhə ola bilməz. Lakin nəzərə almaq lazımdır ki, bu sənədin mətninin tam işlənib hazırlanması kifayət qədər mürəkkəb və zaman tələb edən bir prosesdir. Hal-hazırda Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına Azərbaycan və ABŞ hökumətləri arasında Anlaşma Memorandumu imzalanıb. Əlbəttə ki, bu sənədin özünün böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq möhtərəm dövlət başçımızın göstərişi ilə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. İmzalanmış Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması nəzərdə tutulur. Xartiyanı hazırlayacaq Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi nəzərdə tutulur. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, bu kimi ciddi məsələlərdə proqnoz vermək böyük məsuliyyətdir. Bununla belə mən düşünürəm ki, növbəti ilin ilk rübündə biz Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması kimi daha bir önəmli tarixi hadisənin canlı şahidləri olmaq fürsəti əldə edə bilərik.
- Cənab Prezident İlham Əliyevin Vaşiqtona işgüzar səfərinin daha bir tarixi əhəmiyyət kəsb edən nəticəsi Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Birgə Bəyannamənin imzalanması oldu. Bu mötəbər sənəddə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinin ünvanına birgə müraciət göndərilməsi barədə müddəanın yer alması Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirilir. Bu barədə nə deyə bilərsiz?
- Tamamilə doğrudur. Azərbaycan irəli sürdüyü bütün şərtlərin qarşı tərəfin qəbullanmasına nail oldu. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu da artıq Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tərəfindən imzalanıb. Dövlət başçımızın dediyi kimi, birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində atılan son dərəcə vacib addımdır. Ağ Evdə Azərbaycanın media nümayəndələrinin suallarını cavablandırarkən cənab Prezident bu məsələyə də detallı şəkildə toxundu və ölkəmizin prinsipial mövqeyinin haqlı olduğunu bir daha tutarlı dəlillərlə əsaslandırdı. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdı. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu və sülh müqaviləsi təşəbbüskarı oldu. Sonra danışıqlar prosesi başlandı. Lakin bu proses də hamar getmirdi. Səbəb də bu idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Bu isə, dövlət başçımızın dediyi kimi, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. 1992-ci ildən başlayan Minsk prosesi isə, ümumiyyətlə nə münaqişənin ədalətli həllinə, nə də artıq postmünaqişə dövründə sülh prosesinə heç bir töhfəsi ilə yadda qalmadı. ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyətinin heç bir nəticəsi olmaı. Buna görə də həmin təsisatın ləğvi Azərbaycan tərəfindən Ermənistanla sülh sazişinin bağlanması üçün zəruri şərtlərdən biri kimi irəli sürülmüşdü və cənab Prezident İlham Əliyevin uğurlu diplomatiyası bu nailiyyəti də əldə etdi.
-Eldar müəllim, Azərbaycanın haqlı tələblərindən biri də Zəngəzur dəhlizinin açılması idi ki, Ağ Evdə imzalanmış Birgə Bəyannamə bu şərtin də yerinə yetirilməsini özündə ehtiva edir. Bu barədə nə deyə bilərsiz?
- Birgə Bəyannamədə yer almış Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənd əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edən daha bir müddəadır. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Bu məqsədlə Bəyannamədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Lakin bu bəndin əhəmiyyəti bir ölkə və ya hətta bütöv bir region maraqlarından daha yüksəkdir. Yaradılacaq “Tramp marşrutu” bütün Avrasiya məkanı ölkələri qarşısında yeni perspektivlər açacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, yeni əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Amma bu imkanlardan maksimum yararlana bilmək üçün ən qısa zamanda işə başlamaq lazımdır. Bu obyektə ABŞ-nın rəhbərlik etməsi də bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorların tapılmasını asanlaşdıracaq.
Söhbətləşdi: Azər Məmmədov
(ardı var...)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-08-2025
12-08-2025