Eltun Süleymanov : "MDB məkanında yeni səhifə və Laçından Gəncəyə uzanan dostluq körpüsü "
Tarix: 11-10-2025 | Saat: 10:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

Oktyabrın 10-da Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası postsovet məkanında əməkdaşlıq, etimad və qarşılıqlı anlaşma mühitinin yeni mərhələsinə təkan verdi. Bu toplantı, əslində, MDB-nin regionda sabitlik, dialoq və birgə inkişaf platforması kimi mühüm rolunu bir daha təsdiqlədi.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev iclasda çıxışı zamanı həm təşkilatın humanitar missiyasını, həm də Azərbaycanın MDB çərçivəsindəki fəal iştirakını xüsusi vurğulayıb: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Bu fikir Azərbaycanın MDB məkanında təkcə iqtisadi və siyasi deyil, eyni zamanda mədəni və mənəvi inteqrasiyanın aparıcı qüvvəsinə çevrildiyini göstərir. Cənab Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq siyasət fəlsəfəsinin əsasında dostluq, etimad və qarşılıqlı hörmət prinsipləri dayanır. Bu gün MDB-nin fəaliyyəti təkcə siyasi və iqtisadi sahələri deyil, həm də humanitar və mədəni əməkdaşlıq istiqamətlərini əhatə edən geniş bir platformaya çevrilib. Azərbaycan bu platformada fəal, təşəbbüskar və etibarlı tərəfdaş kimi seçilir. Düşənbə sammitində cənab Prezident İlham Əliyev Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı dəstəyə əsaslandığını da diqqətə çatdıraraq vurğulayıb: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.” Bu sözlər həm ikitərəfli əməkdaşlığın mahiyyətini, həm də MDB məkanında ümumi həmrəyliyin ruhunu ifadə edir. Azərbaycanın xarici siyasət kursu hər zaman sülh, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanıb və Düşənbə sammiti bu siyasətin regionda necə uğurlu nəticələr verdiyini bir daha göstərdi. Cənab Prezidentin çıxışında vurğuladığı əsas məqamlardan biri də Laçın şəhərinin MDB-nin 2025-ci il üzrə Mədəniyyət Paytaxtı elan olunması idi. Bu qərar təkcə bir şəhərin mədəniyyət mərkəzinə çevrilməsi deyil, həm də Azərbaycanın bərpa, quruculuq və yenidənqurma modelinin beynəlxalq səviyyədə tanınmasıdır. Cənab Prezident İlham Əliyev deyib: “Bu ilin iyununda Laçında ‘MDB-nin mədəniyyət paytaxtı ili’nin açılış mərasimi keçirildi. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.” Bu sözlər xalqın iradəsini, dövlətin qüdrətini və milli dirçəlişin diplomatik ifadəsini əks etdirir. Laçın bu gün təkcə Zəfər simvolu deyil, həm də mədəni intibahın və humanitar əməkdaşlığın rəmzi kimi beynəlxalq səviyyədə tanınır. MDB ölkələrindən gələn nümayəndələrin Laçında şahidi olduqları mənzərə, Azərbaycanın postmüharibə dövrü inkişaf modelinin real nümunəsi idi. Laçın indi mədəniyyətlərin, dəyərlərin və humanitar dialoqun qovuşduğu mərkəzə çevrilib.
Düşənbə toplantısında cənab Prezident İlham Əliyevin xüsusi önəm verdiyi digər hadisə isə III MDB Oyunlarının Gəncədə keçirilməsi idi. Dövlət başçısı bu mühüm idman-humanitar tədbiri belə dəyərləndirib: “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu.” Bu oyunlar MDB məkanında birləşdirici humanitar platforma kimi mühüm əhəmiyyət daşıyıb. Azərbaycan bu tədbiri sadəcə idman yarışları kimi deyil, həm də dostluğun, qarşılıqlı anlaşmanın və mədəni ünsiyyətin bayramı kimi təqdim edib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən 1600-dən çox idmançı qəbul edildi.” Düşənbə sammiti bir daha sübut etdi ki, Azərbaycan MDB məkanında birləşdirici, təşəbbüskar və sabitlik yaradan dövlət kimi xüsusi yer tutur. Cənab Prezident İlham Əliyevin çıxışı həm siyasi uzaqgörənliyin, həm də mədəni diplomatiyanın strateji ifadəsi idi. Azərbaycan bu gün MDB-nin gələcəyinə məzmun, ruh və dinamizm gətirən ölkədir. Laçının Mədəniyyət Paytaxtı, Gəncənin MDB Oyunlarına ev sahibliyi etməsi isə bu siyasətin real nəticələridir-deyə E. Süleymanov fiktini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2025
10-10-2025