Mobil versiya
Millət vəkili Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşdü -Fotolar
Tarix: 12-10-2025 | Saat: 12:50
Bölmə:Manşet / Ölkə / Parlament | çapa göndər

Millət vəkili Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşdü

Millət vəkili Asif Əsgərovun vətəndaşlarla görüşləri və şəhid ailələrinin ziyarəti ardıcıl şəkildə davam etdirilir. Deputat Zaqatala rayonunun Qandax kəndində Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhid İsgəndərov Şahinin ailəsini ziyarət edib. Görüş zamanı şəhidin göstərdiyi igidlik və vətənpərvərlik nümunələri barədə danışılıb, onun xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığı vurğulanıb. Ailənin mövcud qayğı və ehtiyacları ilə maraqlanılıb.

Daha sonra Qandax kəndində vətəndaşlarla görüş keçirilib. Görüş zamanı kənd sakinlərinin infrastruktur problemləri,müxtəlif sosial və məişət yönümlü müraciətləri dinlənilib,millət vəkilinin səlahiyyətləri çərçivəsində bəzi məsələlər yerində həll olunub, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.Müraciətlər əsasında aztəminatlı ailələrə yardım göstərilib.

Sonda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2025