“Litera” kitab evinin açılış mərasimi baş tutub -Fotolar
Tarix: 11-10-2025 | Saat: 19:51
Bölmə:Ölkə | çapa göndər

Bakıda “MİMTA Yayımları”na məxsus “Litera” kitab evinin açılış mərasimi baş tutub.
Açılışda rəsmi qonaqlar, nəşriyyat və ictimaiyyət nümayəndələri, eləcə də yazarlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu kitab evinə gələn qonaqları salamlayıb, mağazanın oxucular və kitabsevərlər üçün xeyirli olmasını diləyib:
“Bu vaxta qədər MİMTA ailəsi olaraq gördüyümüz bütün işləri bir xətt birləşdirir: maarifçilik. İstər təsis etdiyimiz dərgilərdə, istər kitab nəşrlərimizdə, istərsə də həyata keçirdiyimiz irili-xırdalı layihələrdə “amalımız millətimizə və dövlətimizə faydalı olmaqdır” şüarını məhz bu üslubla həyata keçirməyə çalışmışıq. “Litera” kitab evinin də təsis edilməsində əsas məqsədimiz maarifçilik ənənəsini daha müasir üslubda – günümüzün tələblərinə uyğun yaymaqdır. Ümid edirik ki, bu məkanda əsl kitab mühiti formalaşacaq. Bu mühit yazarlarımız, aydınlarımız vasitəsilə gənclərimizin əsl qovuşma məkanına çevriləcək”.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, yazar Natiq Məmmədli tədbir haqqında ürək sözlərini iştirakçılarla bölüşüb: “Kitab deyəndə yada düşən adamlar, “kitab adamlar” buraya toplanıb. Belə gözəl ənənələrin arası son dövrlərdə kəsilib. Kitabla bağlı bir ocağın yaradılması təqdirəlayiqdir. “Litera” biznes layihəsindən çox, bir mənəviyyat layihəsidir. Texnologiya əsrində kitabın ünvanlarından biri artır. Mən də gənc oxucularımla məhz bu ünvanda tezliklə görüşmək istəyərəm. Ölkəmizin mədəni həyatında bu mağaza əlamətdar hadisədir”.
Tanınmış jurnalist və publisist, media eksperti, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli kitab evinin açılması barədə təəssüratlarını qeyd edib: “Buraya kitab mağazası deyilməsi şərtidir, bura görüş, düşüncə, fikir mübadiləsi yeridir. Sizi ürəkdən təbrik edirəm, əziz MİMTA kollektivi. Azərbaycanda ağıllı adamlara çox ehtiyac var. Təfəkkür, analitika dərin məsələdir. Kitablar isə təfəkkürü inkişaf etdirmək üçün ən mötəbər mənbədir. Texnologiya əsrində olsaq da, yazı, kitab yaddaşdır. “Litera”nın ziyalı düşüncəsi olan insanlar üçün gözəl bir görüş yeri olacağına inanıram”.
AMEA-nın müxbir üzvü, “Füyuzat” dərgisinin daimi müəlliflərindən professor Könül Bünyadzadə açılışa gələn qonaqları salamlayıb: “Bu gözəl məkanı açdığı üçün MİMTA komandasını təbrik edirəm. Hər insanın içində bir işıq var. Bu işığı kitab oxumaqla artırmaq olar. Bunu hələ süni intellekt bacarmır. Hər kəsin içində olan o kiçik işıq zərrəsini böyütməyə şərait yaradan məkan olacaq bura. İşıq nə qədər kiçik olsa da, qaranlıq ondan qorxur. Bu məkanda o kiçik işıqlar birləşəcək. İşıqlı bir məkanın açılışına görə “MİMTA Yayımları”nı, mənəvi dostlarımı, könül yazılarımı bölşüdüyüm insanları təbrik edirəm”.
Araşdırmaçı-jurnalist Elçin Bilaloğlu da tədbirə gələn qonaqlarla öz düşüncələrini bölüşüb: “MİMTA Fondu yaranandan bəri təsisçilərlə birgə, çiyin-çiyinə olmuşuq. Bu gün bəzi həmkarlarımız artıq bu dünyada deyil. Amma onların ənənəsi davam edir. Əziz dostlar, uğurlar diləyirəm sizlərə”.
Əməkdar incəsənət xadimi, yazıçı-publisist, “İşıq” jurnalının redaktoru Şəfəq Sultan Əlixanlı tədbir iştirakçılarını salamlayaraq qeyd edib: “Bu gün “Litera” bir mədəniyyət yolu açır. Kitab mağazası dediyimiz bu yer mağazadan daha uca bir məkandır. Gəncliyimiz bu kitab evində daha çox ziyaya bürünəcək. Ürəyinin hovunu yatırtmaq istəyənlər bura gələcəklər”.
Bundan başqa açılışda tarixçi-yazar Əkbər N.Nəcəf, Əməkdar jurnalist, tarixçi-yazar Yunis Orucov, Əzizə Cəfərzadə irsinin varisi Turan İbrahimov, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri, tarixçi-yazar Dilqəm Əhməd, Fariz Xəlilli, Əməkdar jurnalist Firuzə Nadir, siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, Faiq Xudanlı öz təəssüratlarını bölüşüblər.
Tədbirdə həmçinin jurnalist, BDU-nun müəllimi Afaq Sadiqova, gənc yazarlar Fəzilə Əsgərova, Coşqun Kərimov, Sərxan Rüstəmov, İradə Əlili, Azadə Novruzova və digər qonaqlar iştirak ediblər.
Sonda MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edib: “Gəldiyinizə görə təşəkkür edirik. 20 ildə MİMTA Fondu olaraq millətimizə fayda vermək üçün çox çalışdıq. “MİMTA Yayımları” da bir layihəmizdir. Bu mənada “Litera” Fondun övladının övladı sayılır. Çox sevinirik, çox şadıq. Bura sizlər üçündür. Sağ olun”.
Rəsmi hissədən sonra “Litera” kitab evi istifadəyə açıq elan edilib.
Açılışda eyni zamanda Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin idarə heyəti və bütün üzvləri iştirak edib. Dəyirmi masa ətrafında keçən səmimi görüşdə “MİMTA Yayımları”nın uğurları təqdir olunaraq “Litera” kitab evinə fəaliyyətində uğurlar arzu edilib.
Qeyd edək ki, kitab mağazası Yasamal rayonunda, Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2025
10-10-2025