Mobil versiya
Gülər Sultanzadə: “Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu getdikcə artırır”
Tarix: 18-09-2023 | Saat: 09:37
Bölmə:Özəl | çapa göndər

Gülər Sultanzadə: “Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu getdikcə artırır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Tacikistana səfəri və Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir. Sammitdə çıxış edən dövlət başçımız xüsusi olaraq qeyd etdi ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Hazırda müşahidə olunan regional əməkdaşlığın yeni formatı isə ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasınd Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Daha sonra partiya fəalı son bir neçə ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə böyük canlanmanın müşahidə olunduğunu vurğulayıb: “Yeni dünya düzəninin formalaşması fonunda planetimizin hər yerində gedən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri xüsusi önəm kəsb edir. Bu səfərlər Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Təbii ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin əsasında ilk növbədə Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsi faktı durur. Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.”

Öz fikirlərini davam etdirən müsahibimiz vurğulayıb ki, bu gün Azərbaycanın Tacikistan ilə ikitərəfli formatda da əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir: “Təsadüfi deyil ki, Ölkə Prezident cənab İlham Əliyev bu il qardaş Tacikistana artıq iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etmişdir. Azərbaycan və Tacikistan uzun illərdir ki, həm beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Eyni zamanda da bu əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Bütün bu perspektivlər Azərbaycan və Tacikistan Prezidentlərinin təkbətək və geniş tərkibli görüşləri zamanı ətraflı müzakirə olunub, əməkdaşlığı gələcək inkişafı məqsədilə atılacaq addımların əsas istiqamətləri müəyyən edilib. Azərbaycan-Tacikistan münasibətlərinin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə uğurlu addımlar atılır”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025