Mobil versiya
3 sentyabr 1991-ci il: Ulu Öndər Heydər Əliyev - Azərbaycan xalqının xilas günü
Tarix: 03-09-2023 | Saat: 10:56
Bölmə:Özəl | çapa göndər

3 sentyabr 1991-ci il: Ulu Öndər Heydər Əliyev - Azərbaycan xalqının xilas günü

Təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda az adam tapılar ki, müstəqillik yolumuzun başlanğıcı adlandırılan həmin günü həyəcanla xatırlamasın. Mürəkkəb, gərgin hadisələrlə dolu o günlər bütün Azərbaycan xalqı üçün ən çətin, məsuliyyətli zamanın sınaq imtahanı idi.
22 iyul 1990-cı ildə doğulub boya başa çatdığı Naxçıvana qayıdan Ulu Öndəri xilaskar kimi qarşılayan həmyerliləri həmin günü bütün Azərbaycan xalqının nicat tarixi adlandırırlar. Bu tarixi ölkəmizin müstəqilliyinin əbədiliyinə aparan yolun başlanğıcı adlandıranların sözlərində həqiqət var. Ulu Öndərin həyat salnaməsində yer alan hər dövr mahiyyət və əhəmiyyət etibarı ilə diqqət çəkir. Uzaqgörən siyasi xadim, zəngin dövlətçiik təcrübəsi ilə seçilən, cəsarətli insan, öz xalqına bağlı vətənpərvər kimi taleyini xalqından ayrı təsəvvür etmədi, Vətəninin intibahı üçün çalışdı.
Azərbaycanın Ulu Öndərlə bağlı, qərinədən də artıq bir dövrü əhatə edən illərinə nəzər saldıqda bir reallığa inanırsan: ONU Azərbaycanın memarı adlandıran xalq bütün dövrlərdə ümummilli lider Heydər Əliyevə sevgisini, inam və hörmətini ifadə etməkdə qətiyyət göstərmişdir.
Həmişə dar məqamlarda birlik göstərən xalq həmrəyliyi ilə növbəti dəfə də taleyin sınağından çıxmağı bacardı. Belə çətin günlərdə Naxçıvanda məskunlaşmaqla insanlarla həmrəy olan Ulu Öndərin deputatlığa namizədliyini irəli sürənlər bu müdrik insanın rəhbərliyinə də ehtiyac duyulduğunu hiss etdilər. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sessiyasının nəticəsini meydanlara toplaşan insanlar səbirsizliklə gözləyirdilər. Ali Məclisə sədrliyinə namizədliyi irəli sürülən Heydər Əliyevin qərarı bütün Azərbaycanın taleyinin dönüş nöqtəsi olmalı idi. Özünəməxsusluğu ilə seçilən həmin tarixi günün əhəmiyyətini « Çox böyük mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim» sözləri ilə bildirən , yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək, insanlara dəstək olmamaq onların ümidlərini qırmaq demək idi: «Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.» «Onun Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı» söyləyən Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi.
… 17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin iclasına ağsaqqal kimi sədrlik edən, Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə təşəbbüs irəli sürən uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki çətindir, hətta mümkünsüzdür. Ali Məclisə sədrliyi dövründə daha əhəmiyyətli islahatların həllinə nail olan Ulu Öndər Azərbaycanın süverenliyini təsdiqləyən məsələlərinin həllini sürətləndirdi.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qızıl hərflərlə yazdı. O, çox gözəl bilirdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğalçılardan təmizləyəcək və tarixi məkanlarına yenidən sahib olacaqdır. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025