Mobil versiya
Yalan ayaq tutar, yeriməz
Tarix: 29-08-2023 | Saat: 14:57
Bölmə:Gündəm / Manşet / Özəl | çapa göndər

Yalan ayaq tutar, yeriməz

Ağızlarlından gələn pis qoxunu “filankəs od püskürdü” kimi təqdim edənlər

Qanunun aliliyi prinsipinə zidd istənilən faktın ictimailəşdirilməsi ümumi problemlərlə birgə mübarizə aparılması baxımından ictimai nəzarətin indikatorudur. Günümüzün reallıqlarından biri də budur ki, sosial platformalar hazırda hər bir fərdi “reportyora” çevirib və bu tendensiya ictimai diqqətin miqyasını genişləndirib.

Hərçənd, heç də həmişə obyektiv olmayan, əksinə, bəzən qərəzli, qeyri-dəqiq, sosial məsuliyyət hissindən uzaq paylaşımlar, görüntülər sosial şəbəkələr üzərindən yayılır. Söz yox, artıq insanlarda sosial platformalar üzərindən edilən belə paylaşımlara qarşı bir növ “immunitet” yaranıb və izləyicilər hansısa “uzaq Midiya səhrasında” özünə qərargah quran, serverləri əlçatmaz olan “blogerin”, “yutuberin”, “müstəqil jurnalistin” belə paylaşımlarına rast gələndə onlarda ehtiva olunan informasiyanın həqiqiliyinə kor-koranə inanmaq istəmir, başqa mənbələrdən təsidiqini axtarırlar. Bunu həmin qərəzli informasiyanın hədəfi olan, qeyri-sağlam tənqidə, bəzən hətta təhqirə məruz qalan şəxslər özləri də başa düşür, bir sözlə, baş qoşmaq istəmirlər. Ancaq ənənəvi medianın – telekanalın, qəzetin, saytın, internet televiziyasının həmin məsuliyyətsiz paylaşımlara “istinad” etməsi vəziyyəti dəyişir. Axı dövlət reyestrində qeydiyyatdan keçmiş, qanuni fəaliyyət göstərən kütləvi informasiya vasitəsi qanun və əxlaqi ehkamlar qarşısında məsuliyyət daşıyır, yeri-yurdu, ünvanı bəllidir, rəhbəri, kollektivinin üzvləri üzdə olan, “media kapitanı”, “əməkdar jurnalist”, “tanınmış yazar” kimi təqdim olunan şəxslərdir (hərçənd, hər insan hüquq dilində “şəxs” sayılsa da, fəlsəfi və psixoloji anlamda “şəxsiyyət”ə çevrilə bilmir). İstər-istəməz oxucu, izləyici belə düşünür ki, bu cür ziyalı adamların inandıqları, hətta “etibarlı mənbə”dən alınmış kimi istinad etdikləri məlumatlar hər halda tam yalan olmaz.

Zaman-zaman haqsız qarayaxmalara məruz qalan ziyalılarımızdan biri də Milli Məclisin IV və V çağırış deputatı olmuş Hacı Salayevdir. Halbuki, onun barəsində yazılan tənqidi məqalələr arasında eləsini tapmaq olmaz ki, özündə vaxtilə təmsil etdiyi 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin seçicilərinin şikayətini ehtiva etsin. Zira, əmək fəaliyyətinə fəhləlikdən başlayan, öz halal zəhməti ilə ucalan Hacı Salayev kiminsə haqqına girməyi, səsini mənimsəməyi özünə, şəxsiyyətinə sığışdıran deyil.

Həm iqtisadçı, həm hüquqşünas təhsili almış Hacı Salayevin həyat və fəaliyyəti şəffafdır,örnək sayıla biləcək qədər zəngin və şərəflidir. Vaxtilə işlədiyi vəzifələrdə, rəhbərlik etdiyi müəssisələrdə qüsursuz icraçı, bacarıqlı təşkilatçı kimi tanınmış, həmişə ona göstərilən etimadı doğrultmuş, dövlət və ictimai maraqları öz şəxsi mənafeyindən daim üstün tutmuşdur.
Allahı tanıyan, dini və milli dəyərlərimizə böyük hörmətlə yanaşan, nəfsi istəklərdən uzaq olan, xeyirxah və gözəl insan kimi xarakterizə olunan Hacı Salayev dövlətə, dövlətçiliyə sadiq vətəndaşdır. Ümummilli lider Heydər Əliyevin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursunu daim dəstəkləyir.

...Media cameəsində elə adamlar var ki, buqələmun kimi istənilən ictimai-siyasi formasiyada “qabıqlarını dəyişir” və bunu “zəmanənin nəbzini tutmaq” kimi başa düşürlər. Hətta bir müddət radikal müxalifətin ruporu rolunu oynasalar da, “dərilərini” nisbətən baha sata biləcəkləri vaxtı gözləyirlər. Satıldıqları halda isə əldə etdikləri cılız dəyərlərlə özləri qane olur, amma bir vaxtlar aldatdıqları auditoriyanı, hətta kütləvi etiraza, piketə, mitinqə səsləyərək işə saldıqları adamları, xüsusilə də həyat təcrübəsi az olan gəncləri məyus edirlər. Başa düşmürlər ki, cinayət törətmiş vətəndaşını amnistiya aktı və əfv sərəncamı ilə cəzadan, cəzasının çəkilməmiş hissəsindən azad edə bilən dövlət, onun rəhbərliyi ictimai maraqları nəzərə alaraq fəal vətəndaşı (bizim misalda jurnalisti) artıq dəyişdirdiyi əvvəlki mövqeyinə görə bağışlaya, hətta yeni mövqeyində fəaliyyətini stimullaşdıra da bilər. Amma jurnalistin qərəzinə, haqsız tənqidinə məruz qalan deputatlar, məmurlar, vəzifəli şəxslər, iş adamları onu bağışlamağa borclu deyillər. Zərərçəkənlərin ədalət məhkəməsinə üz tutmaq, şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını qanuni alətlərlə qorumaq hüquqları vardır. “Toxunulmazlıq statusu” qazanmış olduqlarını düşünən “media qrupu rəhbərləri” məhkəmə önünə çıxarıldıqda isə, əllərində yazdıqlarının, dediklərinin sübutu kimi xidmət edəcək dəlilləri olmadığı üçün “ən yaxşı müdafiə hücumdur” taktikasını seçirlər. Ağızlarından gələn pis qoxunu öz tribunalarından “filankəs od püskürdü” kimi təqdim edirlər.

Azər Məmmədov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025