Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır
Tarix: 08-05-2023 | Saat: 17:35
Bölmə:Özəl | çapa göndər
Azərbaycan son illərdə mühüm təbii qaz ixracatçısı potensialı ilə Avropanın diqqətini özünə cəlb edir. Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlıq region dövlətləri üçün enerji təhlükəsizliyinin təminatına, Azərbaycanın maraqları baxımından isə ölkənin gəlirlərinin artmasına, iqtisadiyyatın digər sahələrinin sürətli inkişafına və bütövlükdə ölkənin güclənməsinə, nüfuzlu dövlətə çevrilməsinə vacib töhfədir. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə neft və qaz təchizatına dair müqavilələri yüksək səviyyədə yerinə yetirməsi, heç bir fors-major halına yol verməməsi, ədalətli enerji siyasəti həyata keçirməsi Avropada ölkəmizə qarşı böyük inam formalaşdırıb. Təsadüfi deyildir ki, hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən özünün enerji təhlükəsizliyinə, ələlxüsus da qaz təchizatına yaranan təhdidlər fonunda Avropa Azərbaycana üz tutaraq ölkəmizdən “mavi yanacaq” ixracını artırmağı istəyir. Avropanın “mavi yanacaq” təchizatında Rusiyanın böyük payı var. Avropanın illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. İndiyədək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilib.
Eyni zamanda, Avropanın Rusiya qazından imtina etməsi şimal qonşumuzun böyük gəlir mənbəyindən məhrum olması deməkdir. 2021-ci ildə qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib ki, bu da illik 70 milyard dollara yaxın valyuta deməkdir. Hazırda Avropa qaz təchizatında yaranan çətinlikləri aradan qaldırmaq üçün alternativ mənbələr axtarışındadır. Belə mənbələrdən biri Azərbaycandır. Respublikamızın cəlbediciliyi ilk növbədə ehtiyatların zənginliyi ilə bağlıdır. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” dünyanın ən zəngin qaz yataqlarından biridir. 1999-cu ildə kəşf olunan bu yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir. Hazırda dünyada “mavi yanacaq”a artan tələbat nəzərə alınmaqla “Şahdəniz” yatağının istismarı genişləndirilir. Paralel şəkildə, “Ümid”, “Babək”, “Abşeron” yataqlarının da istismara hazırlanması intensiv şəkildə davam etdirilir. Azərbaycanın müasir ixrac infrastrukturuna malik olması ölkəmizin digər üstünlüyüdür. Bu, Avropanın “mavi yanacaq” mənbələrini şaxələndirməyə çalışan ölkələri üçün çox vacib amildir. Dünyada qaz hasil edən çoxsaylı ölkələr var. Ancaq həmin ölkələrdən yanacağın Avropadakı istehlakçılara çatdırılması problemini aradan qaldırmaq və zəruri infrastruktur qurmaq üçün uzun illər, eləcə də böyük həcmlərdə maliyyə vəsaiti lazımdır.
Azərbaycan isə zamanında Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində belə bir ixrac infrastrukturu qurmağa nail olub. Prezident İlham Əliyev 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında qeyd etmişdir: “Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır. Ümumilikdə, Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var - təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Anlaşma Memorandumuna əsasən, biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu il isə bu rəqəm 12 milyard kubmetr olacaq.” Azərbaycanın Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rolu var.
2022-ci ildə istifadəyə verilən Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə Azərbaycan qazı Balkan regionuna daxil olur. Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradıb. Azərbaycan artıq Avropa Birliyi ölkələri üçün etibarlı enerji ixracatçısı statusuna sahibdir. Ölkəmiz uzun illərdir ki, Avropa Birliyinə neft, eyni zamanda bir çox qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Azərbaycan qonşu ölkələr, xüsusən Avropa bazarı üçün artıq etibarlı tərəfdaş statusunu qazanıb. Buna görə də bir çox ölkələr Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar.
Şəhla Rəhimova,
Salyan şəhər 7 saylı məkəb-liseyin müəllimi, Əməkdar müəllim
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ