“Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür.”
Tarix: 05-05-2023 | Saat: 12:54
Bölmə:Özəl | çapa göndər
Ermənistan silahlı qüvvələrinin yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətindən;
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ümumilli liderin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.
Müstəqil dövlətimizin qurucusunun rəhbərliyi altında o zaman respublikanın hərbi təhlükəsizliyinin və suverenliyinin qaranti olacaq ordu yaradılmasının dövlət səviyyəsində həyata keçirilməsi üçün qısa müddətdə qəti və təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi. Prezident və Ali Baş Komandan Heydər Əliyevin müstəsna səyləri ilə xalqın və ölkənin bütün imkanları bu mühüm prosesə səfərbər edildi. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində ordu quruculuğu zərərli sapınmalardan xilas edildi. Bu proses dövlətçilik təcrübəsi və milli maraqlar əsasında aparıldı və bununla da ordu quruculuğunun keyfiyyətcə yeni bir mərhələsi başlandı. Həmin mərhələnin başlanğıcı isə dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu.
“Əziz həmvətənlər, hörmətli bacılar və qardaşlar! Son vaxtlar erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü nəticəsində respublikada yaranmış vəziyyətlə əlaqədar mən bu gün televiziya studiyasına gəlib, bəzi fikirlərim və mülahizələrim haqqında sizinlə söhbət aparmaq, öz rəyimi bildirmək istəyirəm.
Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çoxdur ki, müharibə şəraitindədirlər. Bu müddətdə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi olaraq davam edib, respublikamızın ərazi bütövlüyü aybaay, ilbəil pozularaq, onun torpaqları təcavüzkar tərəfindən işğal olunubdur, indi isə böyük bir qismi işğal altındadır.
Son həftələr Azərbaycanda, respublikanın Ermənistanla həmsərhəd bölgə və rayonlarında vəziyyət daha da gərginləşmiş, erməni silahlı qüvvələrinin təcavüzkar hücumları şiddətlənmiş və bunun nəticəsində Füzuli, Cəbrayıl rayonlarının cənub hissəsində olan yaşayış məntəqələri- kəndlər, qəsəbələr dağıdılıb viran edilmişdir. Bu rayonlar tamamilə erməni silahlı qüvvələrinin işğalı altına keçmişdir. Sonra Zəngilan rayonuna hücumlar olmuş və nəticədə bu rayon da işğal edilmişdir. Beləliklə, respublikamızın vətəndaşlarına, həyatına, Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr endirilmiş, insanlar tələf olmuş, yaralanmış, on minlərlə vətəndaşımız yerlərindən didərgin düşüb, qaçqına çevrilmişdir. Onların çox hissəsi başqa yol olmadığına görə Araz çayı vasitəsilə İran ərazisinə keçmiş və oradan respublikamızın digər rayonlarına, məntəqələrinə gəlib çıxa bilmişdir.
Mən bu gün sizin önünüzdə çıxış edərək şəhid olmuş azərbaycanlıların ruhu qarşısında baş əyirəm, onların ailələrinə, qohum-əqrəbalarına başsağlığı verirəm.
Bu fikirlərimi sizə çatdıraraq qeyd etmək istəyirəm ki, biz öz diplomatik, siyasi fəaliyyətimizi də davam etdiririk və davam etdirəcəyik. Danışıqlar yolu ilə atəşkəsin davam etdirilməsinə nail olmağa çalışacağıq. Məsələlərin sülh yolu ilə həll edilməsinə bundan sonra da üstünlük verəcəyik. Ancaq hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur. Bütün qalan problemlər sonra həll ediləcəkdir. Bütün digər problemlər ikinci, üçüncü sıraya keçməlidir. Ön cərgədə birinci növbədə bu problem durmalıdır. Hamı onun ətrafında birləşməlidir.
Mən bəzi acı həqiqətləri sizə çatdıraraq, eyni zamanda bildirmək istəyirəm ki, doğrudan da, Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Biz bu potensialdan səmərəli istifadə etməliyik. Bu sahədə ziyalılarımız daha fəal çalışmalıdırlar. Onlar sərhəd bölgələrində, qaçqınların arasında, ordu hissələrində olmalıdırlar.
Burada oturub ah-vay etməkdən, yaxud qeybətlə məşğul olmaqdansa, ayrı-ayrı məsələlərə cürbəcür qiymət verməkdənsə gedib hərə bir cəbhə bölgəsində, ordu hissəsində adamların əhval-ruhiyyəsini, vətənpərvərlik hissini qaldırsa müdafiə qüvvələrinin möhkəmlənməsində iştirak etdiklərini göstərə bilərlər.
Sizə bu fikirlərimlə, bu arzularımla müraciət edərək, hamımızı bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa dəvət edirəm və hamınızdan təşəbbüs, əməli fəaliyyət gözləyirəm. Diqqətinizə görə sağ olun, gecəniz xeyrə qalsın. Azərbaycan xalqına həyatın bu ağır dövründə uğurlar diləyirəm.”
Bu müraciət həm də hərb quruculuğu sahəsində yaxın və uzaq gələcək üçün Azərbaycan xalqının qarşısında dayanan proqram sənədinə çevrildi və bu cəhətinə görə Prezident Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti Azərbaycanın hərb quruculuğunda böyük praktiki və tarixi əhəmiyyətə malikdir.
Bu taleyüklü müraciətin dolğun və bütöv şəkildə ifadəsini, onun mühüm dövlət sənədinə çevrilməsini şərtləndirən amillərdən birini Heydər Əliyevin hərb quruculuğunun bütün sahələrinə kifayət qədər elmi şəkildə yanaşması və onları dövlətçilik təcrübəsi baxımından dəqiq şərh etməsi idi. Həmin çıxışında xalqımızın ulu öndəri Heydər Əliyev hərb quruculuğunun qanunauyğunluqlarının, bu prosesin əhatə etdiyi məsələlərin konkret Azərbaycan şəraitində təzahürünün incəliklərini əsaslı şəkildə açıqlayaraq, bu istiqamətdə mövcud nöqsanların nədən doğduğunu və onların necə aradan qaldırılmasının yollarını tutarlı, əsaslı və eyni zamanda anlaşıqlı şəkildə xalqa çatdırmışdı.
Ümumilli lider Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqa arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi kimi həkk etdi.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Arzu İsalı Oruc
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ