Mobil versiya
Heydər Əliyev tarixiləşən şəxsiyyətdir.
Tarix: 03-05-2023 | Saat: 15:53
Bölmə:Özəl | çapa göndər

Heydər  Əliyev  tarixiləşən  şəxsiyyətdir.

Söz insanın daxilində baş verən hadisələri: hiss və həyəcanları, istək və arzuları,təsəvvür və düşüncələri ətrafındakılara çatdırmaq, həqiqi münasibətləri bildirmək, qarşılıqlı ünsiyyət yaratmaq məqsədilə Tanrının insanlığa ərməğan etdiyi ən yüksək nemətdir. İnsan özünün yaşamaq haqlarını və hüquqlarını qorumaq, cəmiyyətdə daha önəmli yer tutmaq istək və arzularını həyata keçirmək üçün əhatə olunduğu mühitlə: insan qrupları və cəmiyyətlə, təbiətlə qarışılıqlı ünsiyyət qurmaq məcburiyyətindədir. Çünki,ünsiyyət olmadan nə insanın daxili nitqi xarici nitqə çevrilə bilər, nə də istəkləri reallaşa bilər.
Dünyanın dərkolunma prosesi dərinləşdikcə insan sözünün mahiyyəti, tutumu, məzmunu, dəyəri, təsir dairəsi, gücü daim artmışdır.
İlkin dövlətlərin yaranması ilə söz cəmiyyətin idarəedicilik vasitəsinə çevrilmişdir. Bu gün sözdən istifadə bütün dünya proseslərinin tənzimlənməsində həlledici rol oynayır. Dövlət başçılarının hər bir sözü nəinki onların özlərinin, eyni zamanda rəhbəri olduğu dövlətin, xalqın, ölkənin hər bir ölkə vətəndaşının mövqeyinə, taleyinə təsir göstərir. Bu mənada, idarəetmə sistemində sözün dəyərinin artması ilə yanaşı, hər sözə görə insanın, o cümlədən dövlət başçısının məsuliyyəti də artır.
Eyni sözü çox adamlar deyə bilir. Ona görə də sahibi bilinməyən yeni söz eşidəndə ilk sual belə olur: “Bu sözü kim deyib?” Yalnız söz deyənin kimliyi bəlli olandan sonra adamlarda bu söz deyimə qarşı müəyyən münasibət yaranır. Söz, fərdi münasibətlərdən hadisələrə ictimai münasibətlərə çevrilir, ümumi rəy formalaşır. Ümumi rəy isə dövlət siyasətinə çevrilə bilər.
Deyilən hər bir kəlmə, söz nə qədər cazibədar, sərrast gözəl olsa, hansı formadasa maddiləşməyə, yaxud insan inkişafında mühüm əhəmiyyət kəsb edən bu və digər sahədə müsbət təsirini tapmayıbsa, insanların inamına çevrilməyibsə ona “bütöv söz” demək doğru deyildir. Onlara yalnız “gəlişi gözəl” sözlər demək olar.
Bütöv söz sağlam düşüncənin məhsuludur. Sağlam düşüncə isə dünya hadisələrinin və qanunauyğunluqlarının dərin elmi dərkinin məhsuludur.
Fikrini çatdırmaq üçün Heydər Əliyevin iradəsi və şəxsi ideyaları əsasında həyata keçirilmiş bir neçə proqramları və layihələri xatırlatmaq yerinə düşər.
Keçən əsrin 50-60-cı illərində Azərbaycan əsasən aqrar ölkələr sırasında idi. Neft sənayesindən başqa, sənayenin başqa sahələri inkişaf etməmişdir.
Heydər Əliyev 1969-cu ilin ortalarında Azərbaycan Kommunist Partiyası Mərkəz Komitəsinin birinci katibi seçildi. O dövrdə Ali Sovet, Nazirlik Soveti adında rəsmi dövlət strukturlarının olmasına baxmayaraq, faktiki hakimiyyət Kommunist Partiyasında idi. Dövlət başçısı funksiyasını isə birbaşa birinci katib yerinə yetirirdi. Başqa sözlə, dövlət səviyyəsində ilk və ya son söz birinci katibə məxsus idi. 1970-ci ilin əvvəlində Azərbaycan KPMK-nın birinci katibi H.Əliyev belə bir fikir irəli sürdü: Azərbaycan uzun müddət aqrar ölkə kimi qala bilməz. Azərbaycanın inkişaf etmiş sənaye ölkəsinə çevrilməsi üçün yetərli imkan və şərait var. Biz ölkənin və SSRİ-nin potensial imkanlarından maksimum istifadə etməklə öz sənayemizi inkişaf etdirməliyik. O vaxt bunu partiya rəhbərinin adi istəyi kimi qəbul edənlər çox, sözün gerçəkliyə çevrilməsinə inanlar isə az idi.
Heydər Əliyev dediyi sözü əməli işə çevirmək üçün Azərbaycan sənayesinin strateji proqramını hazırladı, həyata keçirdi. Az müddətdə yüngül sənaye, tikinti sənayesi,cihaz və neft-maşınqayırma sənayesi 70-ci illərdə 60-cı illərdəki səviyyəsini 10 dəfədən artıq ötüb keçmişdi.
Heydər Əliyev həmin dövrdə ikinci böyük ideya irəli sürdü. Daha sonra 70-ci illərdə irəli sürdüyü respublika əhəmiyyətli üçüncü ideya.
Bütün yaşayış məntəqələrində-şəhərlərdə qəsəbə və kəndlərdə əhalinin mənzil şəratini kökündən yaxşılaşdırmaq.Bu məqsədlə hazırlanmış strateji proqramda uyğun olaraq,70-ci illərdə bütöv Azərbaycan tikinti meydanına çevrildi.Bakı şəhərinin 10 illərlə ev mənzilində növbəyə daynan,daxmalarda və zirzəmilərdə,yataqxanalarda yaşayan on minlərlə ailələr yeni salınan tikinti massivlərində bütün kommunal şəraiti olan müasir mənzillərlə təmin edilərdi.Kəndlərdə, qəsəbələrdə rayon mərkəzlərində yaraşıqlı fərdi evlər tikilməyə başladı.Aran rayonlarında olan qamışdan, çiy kərpicdən tikilmiş, damları qamışla örtülmüş evləri, daşla tikilmiş, gözəl görkəmli evlər əvəz edirdi.
Ulu öndərin dördüncü ideyası Azərbaycanın bütün yaşayış məntəqələrini elektrikləşdirmək, hər yerə qaz kəməri çəkmək, telefonlaşdırmaq, rayonlararası yolları yenidən qurmaq, ümumiyyətlə respublikanın hər yerində infrastrukturlar yaratmaq, yəni xidmət sahələri açmaq idi.
Heydər Əliyevin beçinci ideyası nadir ixtisaslar üzrə milli kadrlar yetişdirmək idi.Bu ideya hər il SSRİ-nin müxtəlif ali məktəblərinə 500-1000 nəfər bacarıqlı gənclərin təhsil almalarına imkan və şərait yaratmaqla həyata keçirilirdi.
1970-ci illərdə H.Əliyevin ideyaları və bilavasitə rəhbərliyi ilə elm, maarif, səhiyyə, mədəniyyət sahələrində də küllü islahatlar aparılırdı,irəliləyişlər olurdu.
Heydər Əliyevin sözü bütövlüyü sağlam ideyaları əsasında 1969-1982-ci illərdə Azərbaycanda baş verən böyük iqtisadi, sosial-mədəni, tərəqqi SSRİ-nin rəhbərliyinin, digər müttəfiq respublikaların, bütövlükdə sosialist respublikaların, digər müttəfiq respublikaların,bütövlükdə SSRİ-nin təsir dairəsinə keçmiş mərkəzi Avropa ölkələrinin-Polşa, Bolqarıstan, Macarıstan, Çexoslavakiya,Yuqaslaviya, Almaniya Demokratik respublikasının diqqətini özünə cəlb etdi.
SSRİ-yə daxil olan, təxminən eyni imkan və şəraitə malik respublikalar arasında Azərbaycanın kəskin şəraitdə fərqlənən irəliləyişi dünya siyasətçilərinin və dövlət rəhbərlərinin diqqətini Azərbaycana,onun inkişafını təşkil edən Heydər Əliyevə doğru yönəltdi. Onun gücündən maksimum istifadə etmək məqsədilə Kremlidə yüksək vəzifəyə irəli çəkildi.Bu, əslində onun qüdrətinin, təşkilatçılığının, sözü bütövlüyünü, sağlam düşüncəsinin hamılıqla etirafı idi. Deməli, Heydər Əliyevin sözübütövlüyü, ideya sağlamlığı, dövlətidarəçiliyi, təcürbəsi millilikdən ümumbəşəriliyə çevrilməyə başladı.
Moskvada gərgin fəaliyyət göstərdiyi beşillik əməyi Heydər Əliyevin dünyəvi siyasətiçi kimi yetişdiyinin sübutu oldu. Moskvada Mixail Qorbaçovun və onun Azərbaycan xalqına düşmən mövqeyi tutmuş kompaniyasının Heydər Əliyevə 1987-1990-cı illərdəki xəyanəti bu böyük dövlət adamının nə iradəsinin sındıra, nə də onun yaratdığı elmi idarəetmə məktəbini dağıda bilmədi.
Heydər Əliyev Moskvadan ana vətəninə-Naxçıvana daha əzəmətli qürurla,yeni təfəkkürlə və Azərbaycanın gələcək müqqəratını həll edəcək proqramla qayıtdı.
İndi təkcə onu qeyd etmək lazımdır ki, Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı,Naxçıvanın erməni təcavüzündən və hərtərəfli dağıdıcı ,məhvedici böhrandan salamat qurtarması,onun hazırki inkişafı ilə nəticələndi.Eyni zamanda,bütövlükdə Azərbaycanda misli görünməmiş tarixidönüşün elmi əsasının yaranmasına və tətbiqinə səbəb oldu.
Heydər Əliyev Moskvadan Naxçıvana qayıdandan sonra çox ciddi siyasi bəyanatla çıxış etdi:Azərbaycan SSRİ-nin tərkibindən çıxalı,tam müstəqil,suveren dövlət olmalıdır.Buna Azərbaycan xalqının tam haqqı vardır.
1990-cı illərin əvvəllərində Azərbaycan dağılmaqda olan SSRİ-nin tərkibində qalmasına çalışan bəzi siyasi rəhbərlərin bütün cəhdləri hədər getdi.1991-ci ilin sonunda Heydər Əliyevin fikri reallaşdı-Azərbaycan müstəqillik qazandı.Lakin bəzi naşı insanların hakimiyyəti zəbt etməsi yeni qazanılmış müstəqilliyin itirilməsi təhlükəsini yaratdı.Azərbaycanın sağlam düşüncəli insanları ziyalılar qurtuluş yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyə dəvət edib,1993-cüil iyunun 15-də Naxçıvandan Bakıya gəldi.Onun hakimiyyətə təkrar gəlişi Azərbaycanın yeni erasının başlanğıcı oldu.Heydər Əliyev süveren,müstəqil Azərbaycana rəhbərliyə yeni söz,yeni fikir ,yeni proqramla gəldi.
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqına ancaq bir müəllim olaraq göndərildi və vəzifəsini şərəflə yerinə yetirdi.Öz xalqına milli mənliyini düzgün dərk etməyi,müstəqil yaşamağı və yaşatmağı, qurmağı və yaratmağı, özünü idarəni, ictimai-faydalı işlər görməyi, ən əsası isə tərbiyə etməyi öyrədir.
Heydər Əliyevin bütün müqəddəsləri həmişə əziz tutmasının nəticəsidir ki, onun özü də müqəddəsləşdi və əbədi olaraq tarixi şəxsiyyətə çevrildi.İndiki nəsil onun ideyalarını qorumalı və əziz tutmalıdır.
Ulu Öndərə həsr etdiyim “Şəxsiyyətin möcüzəsi” 2006-cı ildə çap olunmuş kitabımda onun şəxsiyyəti və fəaliyyəti ilə bağlı oxucu kütləsinə geniş məlumat verilmişdir.

Vaqif İsrafilov,
ADPU-nun Azərbaycan Dilçiliyi kafedrasınln dossenti, YAP üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024