Rusiya ordusunda intihar halları artır – “The Guardian” rəqəmləri açıqladı
Tarix: 25-11-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

Ukraynada genişmiqyaslı müharibənin başlamasından bəri azı 1087 rusiyalı hərbçinin intihar etdiyi bildirilir.
Bu barədə Britaniyanın “The Guardian” nəşri Rusiya Federal Dövlət Statistika Xidmətinin (“Rosstat”) məlumat bazasından sızdırılmış 11 milyondan çox ölüm qeydini araşdırdıqdan sonra məlumat yayıb.
Araşdırmaya əsasən, Rusiya ordusunda intihar hallarının sayı son illərdə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2022-ci ildə 50-dən bir qədər çox olan göstərici 2025-ci ildə 365-ə yüksəlib. 2026-cı ildə isə 300-ə yaxın intihar hadisəsi qeydə alınıb.
Azı 614 hadisənin Ukraynanın işğal olunmuş ərazilərində və Rusiyanın sərhədyanı bölgələrində baş verdiyi bildirilir. Onların arasında 18–19 yaşlı 43 hərbçi də var.
Araşdırmada ölüm səbəbinin mahiyyəti tam müəyyənləşdirilməyən daha 885 hadisəyə diqqət çəkilib. Ekspertlər onların bir qisminin intihar ola biləcəyini istisna etmirlər.
Hərbi analitiklər və hüquq müdafiəçiləri intihar hallarının artmasını ağır döyüş şəraiti, psixoloji gərginlik, komandirlərin təzyiqi və fiziki zorakılıq halları ilə əlaqələndirirlər.
Mütəxəssislər bəzi intihar hadisələrinin döyüş itkisi kimi rəsmiləşdirilə biləcəyini və real göstəricilərin açıqlanan rəqəmlərdən daha yüksək ola biləcəyini bildirirlər. Bununla belə, həmin iddialar müstəqil şəkildə tam təsdiqlənməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2026