Brüssel görüşü - Azərbaycanın növbəti diplomatik uğuru
Tarix: 19-05-2023 | Saat: 14:44
Bölmə:Özəl | çapa göndər
Mayın 14-də Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş reallaşdı. Görüşdə iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası əsas mövzulardan oldu. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti də vurğulandı.
Azərbaycanın ərazi bütövlüyünün tanınmasının alternativi yoxdur. Bunu Ermənistanda da, Rusiya və Vaşinqtonda da bilirlər. Belə olan təqdirdə danışıqların bu qədər uzanmasının yalnız bir səbəbi var, o da İrəvanın müstəqil siyasət yürütmək iqtidarında olmamasıdır. Ermənistan hələ də maşa rolunu oynamaqdadır. Halbuki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Danışıqların bütün predmeti Azərbaycan əraziləridir. Azərbaycanın güzəştə getməsindən söhbət gedə bilməz, yalnız suveren ərazilərimizdə ölkəmizin bütün qanunları tam olaraq bərpa ediləndən, hazırda Ermənistanın işğalı altında olan kəndlərimiz geri qaytarılandan, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəqliyyat əlaqəsi yaradılandan və İrəvanla sülh müqaviləsi imzalanandan sonra bölgəyə sülhün gələcəyini deyə bilərik.
İlk əvvəl Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etdi. Üçtərəfli görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha digər tərəfin diqqətinə çatdırıldı. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.
Mayın 14-də Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına dair Brüssel formatı bərpa olundu. Məlumdur ki, Fransanın müdaxiləsi nəticəsində Praqa görüşündən sonra bəzi suallar ortaya çıxırdı. Ermənistan Parisin də prosesə qoşulmasına can atırdı. Amma Azərbaycan qəti şəkildə buna imkan vermədi, Paşinyan əvvəlki üçtərəfli formata qayıtmalı oldu.
Görüş zamanı Ermənistan Azərbaycanın ən azı 86,6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyır. Bu dəfəki görüşün ən vacib tərəflərindən biri Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı qeydin olmamasıdır. Bu, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük Qələbənin yaratdığl yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini təsdiqləyir. Həmçinin, 5-ci Brüssel görüşündə Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş də nəzərə çarpır.
Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Ümumilkdə, Avropa İttifaqının vasitəçilik səyləri müsbətdir. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addımdır. Ermənistanın isə sülhə gəlməkdən başqa şansı yoxdur. Rəsmi İrəvan bunu nə qədər tez anlasa, özü üçün bir o qədər yaxşı olacaq. Şarl Mişelin görüşün nəticələrinə həsr olunmuş bəyanatından göründüyü kimi liderlərin növbəti görüşləri də nəzərdə tutulur. Ümid edirik ki, bu görüşlər bölgədə sülhün təmin olunmasına töhfə verəcək.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər