Mirtağı Abbasov: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası bu gün özünün ən effektiv mərhələsində həyata keçirilir”
Tarix: 17-05-2023 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər
“Bu il qədirbilən Azərbaycan xalqı özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Qeyd olunmalıdır ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da ilk növbədə bu dahi şaxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə ölkədə ikinci dəfə hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin dönməzliyinin təmin olunması və dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirməyə başladı. Məlum olduğu kimi, 1991-1992-ci illərdə Azərbaycanda tüğyan edən özbaşınalıq və anarxiya, ölkəni idarə edən qüvvələrin siyasi və iqtisadi sahələrdə səriştəsizliyi və bacarıqsızlığı, öz ambisiya və mənafelərini milli maraqlardan üstün tutmalrı 1993-cü ildə respublikada ictimai-siyasi gərginliyi böhran həddinə çatdırmışdı. Artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Belə mürəkkəb və təhlükəli vəziyyətdə xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan Ümummilli Lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Ulu Öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Bundan dərhal sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış və çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olmasını və bir çox digər təsiredici məqamları nəzərə alaraq həmin dövrün çağırışlarına cavab verən yeni xarici siyasət strategiyasını müəyyən etdi. Heydər Əliyev dühasının müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası tarix boyu yalnız milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan əsas amilləri, ilk növbədə geosiyasət və neft amillərini müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən başlıca faktorlara çevirdi.”
Bu sözləri saytımıza verdiyi müsahibəsində “33 №-li Yol İstismarı” MMC-nin YAP ərazi partiya təşkilatının sədri Mirtağı Abbasov deyib.
Hakim partiya təmsilçisi öz fikirlərini davam etdirərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün Azərbaycan dövlətçiliyinin təməlində durur: “Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunu 2003-cü ildən uğurla davam və inkişaf etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağı və Zəngəzuru azad görmək idi. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək 2020-ci ildə Ulu Öndərimizin bu müqəddəs vəsiyyətini həyata keçirdi. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir.”
Daha sonra müsahibimiz bu gün işğaldan azad edilən ərazilərdə yenidən bərpa olunan yol infrastrukturunun qurulması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlqədar respublikamızın bütün əmək kollektivləri bu il daha yüksək effektivliklə işləmək və daha yüksək nəticələr əldə etmək üçün əzmlə çalışırlar. O cümlədən hazırda respublikamızda yol-nəqliyyat sektorunda işlər yüksək dinamika ilə davam etməkdədir. Vurğulamaq lazımdır ki, Azərbaycanda yol infrastrukturunun inkişafı ilə bağlı dövlət tapşırıqlarının effektiv icrası istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri üzrə işlərin həcmi və keyfiyyəti ildən-ilə artır. Məlum olduğu kimi, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri, o cümlədən yol infrastrukturunun bərbası və yeni yolların çəklişi əsas prioritet kimi xüsusi diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara əsasən azad edilmiş ərazilərdə avtomobil yollarının yenidən qurulması ərazidə yaşayacaq əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzur rayonlarının sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açacaq” – deyə, Mirtağı Abbasov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024