Bəkir Yusifov: “Ulu Öndər Heydər Əliyev sovet dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsaslar yaratmışdır”
Tarix: 14-05-2023 | Saat: 13:11
Bölmə:Özəl | çapa göndər
“Bu il Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük tənənə ilə qeyd edir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Əlbəttə ki, bu qərar ilk növbədə xalqın iradəsinin ifadəsi və öz xilaskar oğluna olan əbədi sevgisinin, Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramın ən bariz təcəssümüdür. Məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər iki fərqli tarixi dövrə təsadüf edir. Həm də bu dövrlərin fərqliliyi təkcə zaman kəsiyi səbəbilə deyil, eyni zamanda da ölkənin mövcud olduğu müxtəlif, daha dəqiq desək antoqonist ictimai-siyasi formasiyaların mahiyyətlərindəki ziddiyyətlər əsasında formalaşmışdı. Bununla belə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti hər iki dövrdə bilavasitə Azərbaycan xalqının maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heç şübhəsiz, həmin plenumu mühüm tarixi hadisə kimi dəyərləndirmək lazımdır. Çünki məhz o gündən sonra Azərbaycan SSR yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. Respublikada iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi, texniki və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı.”
Bu sözləri saytımıza açıqlamasında Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov deyib.
Fikirlərini davam etdirən müsahibimiz 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyevin mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda vahid bir ölkə kimi varlığını qoruyub saxladığını bir daha diqqət mərkəzinə çəkib: “Məlumdur ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində ölkədə cərəyan edən hadisələr cəmiyyəti vətəndaş müharibəsi, respublikanı isə məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz buna görə də müdrik Azərbaycan xalqı 1993-cü ildə ölkədə Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbini təkidlə irəli sürdü. Faktiki olaraq, Ulu Öndər Heydər Əliyev artıq dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. O keşməkeşli illərdə etdiyi çıxışlarından birində Ulu Öndər hər bir vətəndaşda milli vətənpərvərlik hissinin formalaşdırılması və gücləndirilməsi məsələsinin vacibliyini önə çəkərək demişdir: “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır”. Həqiqətən də müstəqilliyimizin ilk illərində ortaya çıxmış çətinliklərin öhdəsindən ləyaqətlə gələ bilmək üçün xalqı, milləti qələbəyə aparan düşünülmüş strategiya tələb olunurdu. Bu strategiyanın da uğurlu olması üçün onun milli ideyaya əsaslanması zəruri şərtdir. Öz növbəsində milli ideya milli dövlətçilik təfəkkürünə sahib olmayan bir xalqda heç cür formalaşa bilməz. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu hər zaman diqət mərkəzinə çəkib. Ulu Öndərin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz əsaslarını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasnda da söz sahiblərindən birinə çevrilmişdir.”
Daha sonra B.Yusifov bu il həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis olunmasının 30 ilinin tamam olduğunu qeyd edərək, ölkəmizdə həmkarlar hərəkatının və ittifaqların inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulamışdır: “Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özünün 30 illik yubileyini qeyd etdi. Məhz bu səbəbdən ölkəmizin həmkarlar ittifaqlarında çalışan insanlar üçün, təşkilatın bütün üzvləri üçün bu ilin önəmi və özəlliyi ikiqat daha artıqdır. 1993-cü ilin fevral ayının 5-də keçirilmiş təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni yaradılmış konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) ötürdü. Qurultay iştirakçılarının təklifi və yekdil səsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə cənab Səttar Möhbalıyev seçildi. Bu təşkilatın yaranması birmənalı olaraq, Azərbaycanda həmkarlar hərəkatında bir sıra mütərəqqi yeniliklər gətirildi. Lakin az öncə də qeyd etdiyimiz kimi, həmin dövrdə ölkədə yaşanan və artıq pik həddinə çatmaq üzrə olan ictimai-siyasi böhran bütün digər sahələr kimi respublikanın həmkarlar ittifaqlarını da son dərəcə çətin, öz gücləri ilə həll edə bilməyəcəkləri ciddi problemlərlə üz-üzə qoymuşdu. Cari ilin 7 fevral tarixində AHİK-nın 30 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə çıxış edən cənab Səttar Möhbalıyevin də qeyd etdiyi kimi, həmin dövrdə həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə isə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradıldı. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokrtaiyanın inkişafında danılmaz rol oynadı.”
Federasiya rəhbəri qeyd edib ki, bu gün ölkəmizin əldə etdiyi bütün uğur və nailiyyətlərin əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi faktı durur: “Hazırda Azərbaycan iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkədir. 1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Ümummilli Lider 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində etdiyi çıxışında demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”. Ulu Öndərimizin bu tarixi vəsiyyətinə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci ildə əməl etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq, nəinki Cənubi Qafqazın, hətta bütün Avrasiya məkanının gələcək inkişafına istiqamət verəcək yeni reallıqlar yaradan ölkəyə çevrildi. Bu reallıqlar xalqımızın bundan sonra daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək”, - deyə Bəkir Yusifov müsahibəsini sona çatdırıb.
Elbrus Bağırov
Sənan Kərimov
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2024
01-11-2024