Adəm İsmayıl Bakuvi: “Cəbrayıl əməliyyatı Vətən müharibəsinin gedişatının əsas istiqamətlərini və ümumilikdə müqəddəratını müəyyən edən əsas hadisələrdən biri idi”
Tarix: 04-10-2025 | Saat: 23:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın 2020-ci ildə apardığı və tarixi Zəfərlə başa çatdırdığı 44 günlük Vətən müharibəsinin gedişində hərbi əməliyyatların hansı xarakter kəsb edə biləcəyi və müharibənin hansı sonluqla nəticələnəcəyi barədə artıq ilk həftədən fikir yürütmək mümkün idi. Xüsusilə Cəbrayılın azad olunmasından sonra bu təxminlər konkret fikir forması almağa başladı. Təbii ki, hərbi əməliyyatların gedişində hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsi ümumi zəfərin parlaq səhifəsini təşkil edirdi. Lakin bu qələbələr arasında 4 oktyabr xüsusi önəmə malikdir. Həmin gün Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Müharibənin ilk həftəsində rayon mərkəzinin azad olunması dünya hərb tarixində nadir hadisələrdən idi və müharibənin sonrakı gedişinə mühüm təsir göstərdi. Cəbrayıl əməliyyatı sayəsində ordumuz Zəngilan, Qubadlı, Laçın və Hadrut istiqamətində manevrlər üçün geniş imkanlar əldə etdi. Elə buna görə də cənab Prezident İlham Əliyev 2021-ci ildə Cəbrayılda çıxışı zamanı bu günün tariximizdə əbədi qalacağını vurğuladı.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.
Partiya sədri daha sonra bildirib ki, Cəbrayılın işğal illərini və azadlıq yolunu xatırlamaq son dərəcə vacibdir: “1993-cü il avqustun 23-də Cəbrayıl işğal olundu, əhali öz tarixi yaşayış yerlərindən didərgin düşdü, kəndlər, tarixi abidələr, mədəniyyət ocaqları dağıdıldı. Lakin xalqımız ümidini itirmədi. 1994-cü ildə Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı azad olundu, 2016-cı ildə Lələtəpə yüksəkliyi düşməndən təmizləndi. Bu uğurlar sonrakı böyük qələbənin bünövrəsini qoydu və Böyük Qayıdışa yol açdı. 2020-ci il oktyabrın 4-də isə Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad edildi. Xudafərin körpüsündə dalğalanan üçrəngli bayraq xalqımızın tarixi yaddaşına həkk olundu. Cəbrayıl əməliyyatı müharibənin ən ağır, lakin ən şərəfli səhifələrindən biri idi. Bu döyüşlərdə göstərilən qəhrəmanlığa görə minlərlə hərbçimiz “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.”
Sonda politoloq bunu da deyib ki, 4 oktyabr artıq yalnız Cəbrayılın azad olunması günü deyil, həm də bğlgənin gələcək inkişaf yolunun başlanğıcıdır: “Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu tarix Cəbrayıl şəhəri günü kimi təsis olunub. Bu gün artıq rayonun baş planları təsdiqlənib, yollar, enerji infrastrukturu qurulur, sənaye parkı fəaliyyətə başlayıb. İlk köç karvanı Cəbrayıl şəhərinə iki il öncə yola salınıb. Yaxın illərdə yüzlərlə ailə doğma yurduna dönəcək. Bu, sadəcə bərpa deyil, həm də yeni inkişaf mərhələsinin başlanğıcıdır. 4 oktyabr həm işğalın acı xatirəsini, həm də azadlığın sevincini və quruculuğun təntənəsini birləşdirən gün kimi əbədi tarixdə qalacaq. Cəbrayılın timsalında xalqımızın iradəsi, əsgərlərimizin qəhrəmanlığı və dövlətimizin gücü bütün dünyaya nümayiş etdirildi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2025
03-10-2025