Cəbrayıl yenidən öz şöhrətini bərpa edəcəkdir
Tarix: 04-10-2025 | Saat: 10:17
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Ordusu Ermənistanın işğal siyasətinə son qoyaraq möhtəşəm Qələbə qazandı. Tarixi zəfərdən sonra Şərqi Zəngəzurda geniş quruculuq işlərinə başlanıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman vurğulayır ki, bu Qələbənin davamı olan yenidənqurma və bərpa prosesləri də mütləq uğurla yekunlaşacaqdır.Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğala məruz qalmışdı. 1 şəhər, 4 qəsəbə və 92 kənd düşmən tərəfindən dağıdılmış, bütün infrastruktur yerlə-yeksan edilmişdi. Ermənistan ordusunun törətdiyi vandallıq nəticəsində şəhərlər və kəndlər xarabalığa çevrilmişdi. 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənin hücumlarını dəf edərək əks-hücum əməliyyatı zamanı 2000 hektara yaxın ərazini, o cümlədən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini işğaldan azad etmişdi. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə də düşmənin müdafiə xətləri darmadağın edildi. Vətən müharibəsinin ilk günündə Böyük Mərcanlı və Rüzgar kəndlərinin azad olunması ilə başlanan qələbə yürüşü müharibə boyu ardıcıl zəfərlərlə davam etdi. Qələbədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı təsis edildi. Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılması dövlətçiliyin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyırdı.Azərbaycan Prezidentinin işğaldan azad edilmiş torpaqlara etdiyi hər bir səfər həm quruculuq işlərinə nəzarət, həm də siyasi baxımdan xüsusi önəm daşıyır. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilmiş, 4 oktyabr isə Cəbrayıl şəhəri günü elan olunmuşdur. Artıq Cəbrayıl Günü böyük ruh yüksəkliyi ilə qeyd edilir. Bu addım da əslində quruculuq prosesinin mühüm tərkib hissəsidir.Qələbədən sonra Cəbrayılda bərpa və abadlıq işləri dərhal başlandı. Əvvəlcə rayona elektrik enerjisinin verilməsi təmin olundu, daha sonra Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin təməlqoyması keçirildi. 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl” yarımstansiyasının, rayon mərkəzi xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış kompleksinin, həmçinin Memorial Kompleksin təməli qoyuldu.Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Horadiz–Ağbənd dəmir yolu xəttinin Cəbrayıldan keçən hissəsində Qumlaq stansiyasının təməlqoyması mərasimi keçirildi. Bununla yanaşı, “Azərbaycan–Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” layihələri də gerçəkləşdirildi. Sonrakı mərhələdə Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun tikintisinə başlanıldı. Uzunluğu 43 kilometr olan bu yol dörd hərəkət zolaqlı olmaqla Hadrutdan başlayaraq Cəbrayıl üzərindən Şükürbəyliyə qədər uzanır və Hacıqabul–Mincivan–Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Eyni zamanda “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi, bütün kəndlərin mərhələli şəkildə bərpası üçün dövlət proqramı təsdiqləndi. Bundan əlavə, SOCAR ilə BP şirkətinin iştirakı ilə Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşasına start verildiCəbrayılda görülən işlər bununla bitmir. Qarşıda daha böyük layihələr həyata keçiriləcək. İnanmaq olar ki, bütün bu quruculuq və inkişaf proqramları nəticəsində Cəbrayıl yaxın zamanda abad, müasir və əsl sahiblərinin nəfəsi ilə yaşayan bir diyar kimi yenidən öz şöhrətini bərpa edəcəkdir.
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2025
03-10-2025