Mobil versiya
Beynəlxalq münasibətlər sistemində əhəmiyyətli hadisə - DEPUTAT
Tarix: 03-10-2025 | Saat: 22:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Beynəlxalq münasibətlər sistemində əhəmiyyətli hadisə

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər onun beynəlxalq nüfuzunu yüksəltdi. Dünyanın iri dövlətləri Azərbaycanla həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələri daha yüksək səviyyədə genişləndirməyə başladı. Belə əlaqələr ikitərəfli münasibətlərin miqyasını daha da artırıb. İndi dövlətlər müxtəlif mahiyyətli əlaqələrin da başlanğıcını qoyurlar. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri də bu qəbildəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu rəsmi səfərlə bağlı sentyabrın 30-da mətbuata verdiyi bəyanatda qeyd etdi ki, “Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”.

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazının ixrac edildiyini, bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın 14 ölkəyə təbii qaz ixrac etdiyini, boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerdə olduğunu, Azərbaycan neftinin İtaliyanın neft balansında birinci yerdə, qazının ikinci yerdə olduğunu, TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yolun daha böyük layihələrə yol açdığını xatırladan dövlət başçımız dedi: “Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək”.
Bu iki dövlət arasında əlaqələr tədris istiqamətində də davam etdiriləcək. Belə ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının oktyabrın 1-də açılışı oldu, həm də bu rəsmi səfərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb”.

Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb…

Rəsmi səfər də, dövlət başçımızın mətbuata bəyanatı da dünyəvi proseslərin mahiyyəti, istiqaməti və dinamikası baxımından hər iki dövlətin qarşılıqlı münasibətlərində əhəmiyyətli olacaq.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı



.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025