Mobil versiya
Tarixi zəfərin simvolu – Xudafərindən yüksələn bayraq
Tarix: 04-10-2025 | Saat: 14:22
Bölmə:Siyasət | çapa göndər

Tarixi zəfərin simvolu – Xudafərindən yüksələn bayraq

Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanması xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik hadisədir. Bu körpü əsrlər boyu Azərbaycanın tarixi torpaqlarını birləşdirən, qədim İpək Yolu üzərində yerləşən mühüm keçid nöqtəsi olmuşdur. Uzun illər işğal altında qalan bu ərazi 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən azad edilmiş və 18 oktyabr tarixində, Müstəqillik Günündə Azərbaycan bayrağı Xudafərin körpüsündə ucaldılmışdır. Bu, sadəcə bir hərbi uğur deyil, həm də tarixin, milli qürurun və dövlətçiliyin bərpa olunması deməkdir. Xalqımızın minillik tarixi bu torpaqlarda iz qoyub və bu bayraq həmin izlərin üzərində yenidən dalğalanır. Bu hadisə eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin rəmzinə çevrilmişdir. Xudafərin körpüsündə bayrağın dalğalanması bir millətin öz kimliyinə, tarixinə və gələcəyinə sahib çıxmasının təntənəsidir.

Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2025