Göydəniz Qəhrəmanov: “Mütərəqqi çağırışlar Azərbaycan-İtaliya əməkdaşlığında yeni perspektivlərin açılışını şərtləndirir”
Tarix: 04-10-2025 | Saat: 12:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata son bəyanatında Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq yüksək səviyyədə təqdim olunur. Eyni zamanda qeyd olunur ki, bu münasibətlərin dayanıqlılığı yalnız energetika layihələri ilə məhdudlaşmamalıdır. Həqiqətən də TAP və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın regional lider statusunu möhkəmləndirib, lakin çağdaş geosiyasi reallıqlar yeni yanaşmaları tələb edir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
Deputat fikirlərini davam etdirərək Azərbaycan-İtaliya münasibətlərinin bundan sonra da davamlı inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu xüsusi qeyd edib: “Dövlət başçısının bəyanatında səslənən “qarşılıqlı inam”, “etibarlı tərəfdaşlıq” kimi anlayışlar ölkələrimiz arasında formalaşmış münasibətlərin əsas dayaqlarıdır. Təqdirəlayiq haldır ki, bu münasibətlərin getdikcə daha çox sahəyə sirayət etməsi üçün bu gün həm Azərbaycan, həm də İtaliya tərəfindən məqsədyönlü addımlar atılır, əlaqələrin institusional formatda genişlənməsi üçün tədbirlər görülür. Düşünürəm ki, Azərbaycan və İtaliya arasında gənclər forumlarının gücləndirilməsi, vətəndaş cəmiyyəti təmaslarının təşviqi bu məsələyə önəmli töhfələr verə bilər. Əlbəttə ki, İtaliya-Azərbaycan Universiteti kimi layihələr strateji tərəfdaşlığın mədəni və təhsil aspektinə uğurlu keçidinin bariz göstəricisidir. Qeyd olunmalıdır ki, ölkəmizdə bu kimi platformaların keyfiyyətli və beynəlxalq səviyyədə rəqabətədavamlı olması üçün bütün resurs və imkanlar mövcuddur. Eyni zamanda da bu cür layihələrin çox önəmli mənəvi-siyasi dəyər daşıyıcısı olduqlarını da diqqətdən kənarda qoymaq olmaz.”
Sonda Göydəniz Qəhrəmanov elektrik enerjisi ilə bağlı cənab Prezident İlham Əliyevin qeyd etdiyi yeni təşəbbüslərin önəmini vurğulayaraq bunları deyib: “Cənab Prezidentin bəyanatında qeyd olunan elektrik enerjisi ilə bağlı yeni təşəbbüslər böyük marağa səbəb olub. Birmənalı olaraq deyə bilərik ki, bu layihənin reallaşması Azərbaycanın “yaşıl enerji” gündəmini dəstəkləməsinə və Avropa ilə daha balanslı enerji əməkdaşlığına imkan verəcək. Sonda bunu da qeyd etməliyik ki, İtaliya ilə münasibətlər Azərbaycanın Qərblə əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Dövlət başçımızın dediyi kimi, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə doğru addımların atılmasında da bu dəstək öz təzahürlərini tapır” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2025
03-10-2025