“5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə təqaüddə olan müəllimlərlə evlərində görüş keçirilib -Fotolar
Tarix: 04-10-2025 | Saat: 19:23
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyev: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli insanlardır”. Dahi lider ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, təhsilin xüsusi rolunu həmişə yüksək dəyərləndirib.
Belə fədakar müəllimlər rayonumuzda da çoxluq təşkil edir. Fədakar müəllimlərimizin bir qismi bu gün təqaüddədir. Rayonda yaranmış ən yaxşı ənənələrdən biri belə ziyalıların heç vaxt unudulmaması, onlarla görüşlərin keçirilməsi, bayram günlərində baş çəkilməsidir.
“5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və rayon təşkilatının əməkdaşları uzun illər təhsil sahəsində çalışan, bütün həyatını şərəfli müəllim peşəsinə həsr edən təqaüdçü müəllimlərdən Fələknaz Əliyeva, Hilal Kazımov, Nuriyə Bayraqdarova, Pakizə Kazımova və Balaşirin Qənbərovun evlərinə səfər edərək, onları peşə bayramı münasibəti ilə təbrik ediblər.
Görüşdə qocaman müəllimlər çalışdıqları illərlə bağlı təəssüratlarını bölüşərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
YAP Saatlı rayon təşkilatının kollektivi uzun illər təhsil sahəsində çalışan, təqaüdçü müəllimləri peşə bayramı münasibətilə təbrik etmiş və xoş arzularını bildirmişlər. Görüş iştirakçılarına gül buketi və hədiyyələr təqdim olunub, onlarla xatirə şəkilləri çəkilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2025
03-10-2025