Cəbrayılın tarixi zəfər günü
Tarix: 04-10-2025 | Saat: 10:32
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın müasir tarixində 4 oktyabr xüsusi günlərdən biridir. Bu tarixdə, 27 illik işğala son qoyaraq, Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun kəndlərini azad etmiş, xalqımıza böyük qürur bəxş etmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal etmiş, bütün yaşayış məntəqələri dağıdılmış, infrastruktur yerlə bir edilmiş, yüzlərlə tarixi-mədəni və dini abidə məhv olunmuşdu. Minlərlə sakin doğma torpaqlarından didərgin düşərək illərlə məcburi köçkün həyatı yaşamağa məcbur qalmışdı. İşğal yalnız insanlara deyil, Azərbaycanın strateji təhlükəsizliyinə də ağır təsir göstərmişdi.İllərlə işğal altında olan rayonda yalnız Cocuq Mərcanlı kəndi 2016-cı ilin Aprel döyüşlərindən sonra yenidən dirçəlişə qədəm qoydu. Lələtəpə yüksəkliyinin azad olunması həmin kəndin bərpasına şərait yaratdı və Cocuq Mərcanlı Cəbrayılın gələcək qurtuluşunun simvolu oldu. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri də məhz Cəbrayıl uğrunda döyüşlər idi. 4 oktyabr 2020-ci ildə şəhərin və ətraf kəndlərin azad edilməsi müharibənin gedişində dönüş yaratdı və Azərbaycan Ordusuna üstünlük qazandırdı. Əməliyyatın çətinliyi və strateji əhəmiyyəti ilə yanaşı, əsgərlərimizin igidliyi də bu zəfəri tarixə yazdı. Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciəti zamanı Cəbrayılın azad edilməsi xəbəri bütün ölkədə misilsiz sevinc hissi yaratdı.Sonradan təsis edilən “Cəbrayılın azad olunmasına görə” medalı bu qəhrəmanlığın rəmzinə çevrildi. Ən təsirli anlardan biri isə Xudafərin körpüsündə üçrəngli bayrağımızın dalğalanması oldu. Bu hadisə milli qürurun və tarixi ədalətin bərpasının simvolu kimi yadda qaldı.Qələbədən sonra Cəbrayıl rayonunda geniş quruculuq və bərpa işlərinə başlanıldı. Cənab Prezident İlham Əliyevin dəfələrlə rayona səfər etməsi bu prosesə verilən xüsusi diqqətin göstəricisidir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması həm region, həm də Cəbrayıl üçün yeni sosial-iqtisadi inkişaf imkanları açdı. Hazırda elektrik enerjisi, yollar və digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Şəhərin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan Baş plan artıq təsdiqlənib. Bu layihə əsasında müasir yaşayış kompleksləri inşa olunur və əhali mərhələli şəkildə doğma torpaqlara qaytarılır.Artıq ilk köç karvanı Cəbrayıl şəhərinə daxil olub. Bununla yanaşı, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı və digər kəndlərdə də bərpa-quruculuq işləri davam etdirilir. Bu proses yaxın zamanda Cəbrayılı yenidən canlı və abad bir diyara çevriləcəyini göstərir.4 oktyabr – Cəbrayıl şəhəri günü təkcə bir rayonun azad olunması deyil, bütövlükdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi baxımından dönüş nöqtəsi sayılır. Bu gün həm şəhidlərimizin əziz xatirəsinə ehtiramın, həm də Böyük Qayıdışın rəmzidir. Cəbrayılın işğaldan qurtuluşu tarixi ədalətin bərpası idi, bu gün aparılan quruculuq işləri isə Azərbaycanın sabaha inamla baxdığını sübut edir.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2025
03-10-2025