CƏBRAYIL ŞƏHƏRİ GÜNÜ - ZƏFƏR VƏ DİRÇƏLİŞ GÜNÜDÜR
Tarix: 04-10-2025 | Saat: 14:24
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
4 Oktyabr. Bu tarix sadəcə təqvimdə bir rəqəm deyil, bu, hər bir cəbrayıllının qəlbindəki həsrətin bitdiyi, Azərbaycanın isə sarsılmaz iradəsinin zəfər çaldığı gündür. 32 il əvvəl – 1993-cü ilin avqustunda şəhərimizin qapıları bağlandı, 52 min nəfərlik əhali yurd-yuvasından didərgin düşdü. O illər ərzində əhali respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən yük vaqonlarında və yataqxanalarda məskunlaşaraq ağır bir həyat yaşadı. 362 şəhid, 6 Milli Qəhrəman bu ağır illərin qanı və canı bahasına yazılan dəhşətli xatirəsi oldu.
Gözlərimizi yumanda, o 27 illik işğalın ürəkdağlayan mənzərəsi canlanır: 13,928 milyard ABŞ dolları dəyərində ziyan, tamamilə yerlə yeksan edilmiş 72 məktəb, 8 xəstəxana. Düşmən bizim fiziki varlığımızı məhv etməklə kifayətlənmədi, yaddaşımızı silməyə çalışdı. Rayonun zəngin yeraltı sərvətləri – sement, mərmər, mişar daşı yataqları amansızcasına talan edildi. Kənd təsərrüfatı, o cümlədən üzümçülük, heyvandarlıq və baramaçılıq tamamilə sıradan çıxarıldı. “Divlər Sarayı” mağarasından tutmuş, Xubyarlı kəndindəki 8 guşəli türbəyə, tarixi “Sultan Məcid hamamına” qədər 132 tarixi abidə və Tarix-Diyarşünaslıq Muzeyinin minlərlə eksponatı amansız vandalizmin qurbanı oldu. Hətta türk qəbiristanlıqları belə dağıntıya məruz qaldı.
Lakin o kədərli mənzərəyə 2020-ci ilin sentyabrında son verildi. 27 sentyabrdan başlayan zəfər yürüşündə Ordumuz Cəbrayılın işğalçılar tərəfindən qurulmuş bir neçə xətdən ibarət istehkamlarını böyük qəhrəmanlıqla yararaq irəlilədi. 4 Oktyabrda Cəbrayıl şəhərinin və ümumilikdə 90 kəndin düşməndən azad edilməsi bir dönüş nöqtəsi oldu. Bu zəfər ardınca Xocavəndin cənub kəndlərinin, Hadrutun, Zəngilanın, Qubadlının azad edilməsinə yol açdı. Nəhayət, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının ucaldılması, itirilmiş hər qarış torpağın geri qaytarılmasının, tariximizin bərpa olunmasının simvolu oldu. O döyüşlərdə iştirak edən 22797 qəhrəman "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi – bu, xalqımızın övladlarının layiq görüldüyü ən böyük şərəfdir.
İndi Cəbrayıl fərqli bir səhifə açır – Böyük Qayıdışın nurlu səhifəsini. Cənab Prezident İlham Əliyevin çoxsaylı səfərləri zamanı atılan hər bir təməl şəhərin sabaha olan inamını gücləndirir. Bu dirçəlişin əsas hədəfi strateji inkişafdır. Regionun inkişafı üçün önəmli hadisə olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (200 hektarı əhatə edən) artıq ilk investorları müəyyən edib. Enerji təhlükəsizliyini təmin edən “Cəbrayıl” yarımstansiyası istifadəyə verilib və SOCAR BP ilə birgə 240 MVt-lıq Günəş Elektrik Stansiyasının tikintisinə başlayacaq. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolu isə Cəbrayılı regionun Zəngəzur dəhlizi çərçivəsində mühüm nəqliyyat qovşağına çevirəcək.
Cənab Prezident tərəfindən təməli qoyulan Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin və MİDA-nın ilk yaşayış məhəlləsinin təməli, o 362 şəhidin qanı ilə suvarılmış torpağın bəhrəsidir. Bu bərpa işlərində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” kimi dostluq layihələri də reallaşır. Cəbrayıl artıq sadəcə bir yurd deyil, Azərbaycan xalqının müqavimətinin, qəhrəmanlığının və bərpa gücünün canlı hekayəsidir. O, bizə heç bir acının əbədi olmadığını və bütün çətinliklərin Zəfərlə bitdiyini xatırladır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-10-2025
03-10-2025