Yaxşılıq rəmzi, ləyaqət mücəssəməsi
Tarix: 30-07-2023 | Saat: 10:57
Bölmə:Özəl | çapa göndər
Ey yaxşı adamlar,
Nəcib adamlar,
Yaxşılıq duyğunuz sudan da təmiz.
Sizdə günəş eşqi,
Günəş odu var,
Qəlblərə baharı sız gətirirsiniz.
Mən hər dəfə Rəvvaq Nüsrət oğlu Nəcəfovla görüşəndə könül dünyamı bu misralar bəzəyir. Çünki, ömrünün 75 ilini doğulub boya-başa çatdığı dağlar diyarı Lerik rayonunun Bradi kəndində yaşayan bu, kamil insanın iç dünyasındakı sadəlik, təvazökarlıq, daxili mədəniyyət, el-obasına halal sevgisi heyrət doğurur. Onun yaşadığı həyat xeyirxah əməllərə dönərək xalqına yalnız xoşbəxtlik gətirib. Eşqində, qəlbində bir sehrli nur indinin özündə də yaxşılıq etməkdən doymur. Sanki gördükləri sakini olduğumuz dünyaya gözəllik qatır, yaşadığımız həyata əzəmət, mehr, məhəbbət gətirir. İllərin səfində səadət ünvanlı günlərə yol açdıqca bir daha Vətəninə, xalqına qəlbində gəzdirdiyi məhəbbəti aydın bilinir. Beləcə, saf və munis dəyərləri parlaq xarakterində yaşadan bu, dəyərli şəxsiyyət xoş günlər naminə dünyanın yaradanı, quranı olur. Yaşadıqca ləyaqət sahibi, nur daşıyıcısı tək ətrafına gur işıq saçır. Öz əməlləri, təmiz qəlbi, yüksək fitrəti, ən əsası mənəvi paklığını qoruyub-saxlamaqla, qəlbən xalq adamı olmaqla örnəkdir bizlərə.
Əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan, halal ailə mühitində boya-başa çatan Rəvvaq Nəcəfov ağlı kəsəndən yaxşılıq etməyi özünə həyat qayəsi seçib. Həm də həkim olub hamıya fayda vermək istəyi onun ruhuna hopub. Xalqına ilahi sevgidən yaranan arzusu onu 1963-cü ildə N. Nərimanov adına Bakı Dövlət Tibb İnstitutuna gətirib çıxardıb. Müalicə-profilaktika fakültəsinə daxil olub. Orta məktəbdə dəsliklərdə müəllif kimi yadında qalan alimlərin geniş auditoriyalarda tələbələr qarşısında mühazirə oxuduqlarını görəndə sevinci, fərəhi yerə-göyə sığmayıb. Və tələbə Rəvvaq seçdiyi peşənin sadiq, etibarlı yolçusu olmaqdan ötrü bütün eşqini oxuyub öyrənməyə verib. Professorlardan, müəllimlərdən aldığı yüksək qiymətlərlə sanki qanad açıb, uçmaq istəyib. Biliyi, fitri istedadı, zəngin mənəvi dünyası, çalışqanlığı ona hörmət qazandırıb.
Tələbə Rəvvaq əla qiymətlərlə oxumaqla bərabər, həm də institutun ictimai həyatında fəallıq göstərib. Eyni zamanda mərifət-kamal sahiblərindən ədəb-ərkan dərsi götürüb. Elə yaratmaq istədiyi özünəməxsus mənəviyyat fəlsəfənin ilk cığırı buradan başlanır. Öyrəndikləri ilə bir daha başa düşür ki, dünyanın aqibəti insan əlindədir. Xeyirxah, savadlı insanların yaratdığı dünya da gözəl olur...
Rəvvaq Nəcəfov 1969-cu ildə ali məktəbi bitirib dağlar diyarı Lerikə qayıdır. Rayon Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində əmək fəaliyyətinə başlayır. Əyninə ağ xalat geyinəndə sanki onun həyatına yeni günəş doğur. Sənətinin müqəddəsliyini dərindən dərk etməklə ağ xalatın təmizliyini hər şeydən üstün tutur. Xalqına, Vətəninə həqiqi xidmət göstərməyi öz qarşına ali məqsəd qoyur. Tez də sənətini ürəkdən sevən, yurduna bağlı, qayğıkeş insan olaraq tanınır. Müqəddəs həkim adını ona üz tutan xəstələrə həssas, qayğıkeş münasibət bəsləməklə özünə yaraşdırır. Sadəlik, yaxşılıq və doğruluq, insana sevgi əl qoyduğu hər bir işdə gənc oğlana dayaq durur. Günlər keçdikcə həkim Rəvvaqın işıqlı çöhrəsində qibtə ediləsi bir təbəssüm neçə qəlbdə yurd salır, sevinc, fərəh yaradır. Əllərinin şəfası çoxlarına ümid çırağı, həyat sevgisi olur. Bütün bunlara görə insanlar tərəfindən sevildiyi üçün özünü dünyanın xoşbəxti hesab edir.
Peşəsinin müqəddəsliyinə tapınan, elmin, insanlığın fövqünə yol alan, ləyaqətli, şərəfli yaşamağı millətinə nümunəvi xidmətdə görən Rəvvaq Nəcəfovu rayonun Boykəndul kənd xəstəxanasına baş həkim göndərirlər. Burada da işinə vicdanla yanaşmaq onun iç dünyasından, daxili aləmindən qaynaqlanır. Birinci növbədə kollektiv üçün halallığı, səmimiyyəti başlıca meyar sayır. Hamıya tapşırır ki, xəstənin taleyini elə öz taleyiniz bilin. Rəvvaq həkimin özünə gəldikdə isə işiqlı təfəkkürü, salam əqidəsi, şəfalı əlləri heç vaxt onu darda qoymur. Bir işə yanaşanda da, yalnız cəmiyyətin xoş günlərini düşünür. Nəticədə həkimə üz tutan ən ağır xəstənin dərdinə belə əlac tapılır. Bəzən xəstəsini iynə-həblərlə yanaşı, eyni zamanda xoş ümidverici sözlə sağaltmağı bacarır. Sağlamlıq ocağında çalışdığı müddətdə neçə-neçə insanı yenidən həyata qaytarır. Müalicə etdiyi xəstənin üzündə təbəssüm görəndə özünə mənəvi rahatlıq tapır. Bir şer parçasında deyildiyi kimi:
Dəyişib yöndəmsiz yeri, dünyanı,
Dəyişib öz ağılı, istəyi ilə.
Yaşadıb inamla bütün olanı,
Ölümü öldürüb öz əməliylə.
Axıb gedən zaman içində millətinin salamlığı naminə bütün istedadını, var qüvvəsini sərf edə-edə ürəklərə yol alan, saflıq dünyasına dönərək özünə möhtəşəm yurd-yuva quran Rəvvaq Nəcəfovun Ulu Tanrının taleyinə yazdığı, uşaqlıqdan arzuladığı xoşbəxtlik doğma Bradinin bir addımlığında yerləşən Lerik rayonunun Daster kənd xəstəxanasına baş həkim göndərilməsi olur. Bundan sonra ömrünün daha qaynar çağları başlanır. Bütün həyatını, istəyini xalqla bağlayır. Necə deyərlər , ağ xalatının ağ işığına bürünüb xoşbəxt günlərin sorağın düşür. İşinə böyük məhəbbətlə yanaşır, təmənna ummur, gecənin-gündüzün hansı aləmində onu köməyə, imdada çağırılıbsa, mütləq gedir. Göstərdiyi doğmalıqla ürəklərə nüfuz edə bildiyinə görə Rəvvaq həkimə inanırlar, baxdığı xəstə tez sağalır. Beləcə, ömründən ömürlərə pay qatdıqca ucalır, başqalarının sevincinə sevinən, dərdini öz dərdi bilən təkrarsız şəxsiyyət olaraq tanınır.
Ümumiyyətlə, qəlbi işıqlı, xeyirxah əməllərlə dolu olan, ürəyi daim ümumbəşəri hisslərlə döyünən Rəvvaq Nəcəfovun yeganə məqsədi insanlara həyat sevgisi bəxş etmək, halal zəhməti hesabına təmiz, ləkəsiz yaşamaqla ömür yoluna məna qatmaq olubdur. Və taleyini əbədi həkimlik sənətinə bağlamaqla, qarşılıqlı inam, etibar görməklə əsl övlad məhəbbəti ilə sevilib, yaxşılıq gözündə ucala-ucala 75 yaşına çatıbdır. İndinin özündə də Vətəninin, xalqının xoşbəxtliyini bütün arzularının zirvəsində saxlamaqla saf əqidəsi onu 100-ə aparır. Var-dövləti, şan-şöhrəti isə elə xalqı tərəfindən qazandığı əvəzsiz hörmətdir . Təbiətindəki paklıq, ilkinlik, bakirəlik, insanpərvərlik, yurda halal sevgi neçə-neçə ömrə işıqlı gələcəyə doğru yol göstərir.
Elin gözü tərəzidir. Gəlin görək Rəvvaq həkimi tanıyanlar onun haqqında nə deyirlər.
Əliməmməd Ağazadə (“Məşəl” jurnalın baş redaktoru):- Rəvvaq yaxşı həkim olmaqla bərabər, yaxşı insan, yaxşı ata, yaxşı qardaş və gözəl ailə başçısıdır. Atası Nüsrət kişi deyərdi ki,1975-ci il ailəmiz üçün düşərli oldu. Belə ki, Rəvvaqa toy etdim. Evimizə ilk gəlin gətirdim. Gəlinim Elmira xanımın ayağı düşərli, çörəkli oldu. Həmin ili iki oğlum ali məktəbə girdi.
Nüsrət kişi 5 oğlan, 2 qız böyüdürdü. Dünyasını dəyişəndən sonra ailənin ağırlığı həyat yoldaşı Təbərzə nənə və Rəvvaqın üzərinə düşdü. Rəvvaq həkim ata ölümündən sarsılsa da əyilmədi, sınmadı, məğrur dayandı, qardaş-bacılarına həyan oldu, onları öz doğma balalarından ayırmadı. Onun özünün 3 oğlu, 6 qızı var. Qardaşlarına ali təhsil verdiyi kimi, uşaqlarını da oxutdurub. Nəvələrindən ali məktəb bitirəni, eləcə respublikamızın müxtəlif universitetlərində oxuyanları çoxdur.
Ata-baba yurdunu qoyub getməyib, hər bir şəraiti olan müasir tipli ev tikib. Halal ocağına 8 gəlin gəlib və 8 qız köçürüb. Hamısı el-obada başıucadır. Bu şer parçasını belələrini nəzərə alıb yazmışam:
Öz xalqımdan güc almışam,
Zirvələrə ucalmışam.
Kim deyir ki, qocalmışam,
Əyə bilməz zaman məni.
Adil Hüseynov ( Bradi kəndinin ağsaqqal ziyalısı):- Rəvvaq həkim o insanlardandır ki, haqqında söz düşəndə üzlərdə nur, qəlblərdə mənəvi rahatlıq yaranır. Çünki, o, qüvvə və bacarığını yurdunun səadəti naminə sərf etməkdən sanki zövq alır. Onun şəfalı əlləri çoxlarına ikinci həyat bəxş edib. Nəcib, xeyirxah əməllərinə görə camaat Rəvvaq həkimə müdrik ağsaqqal kimi yanaşır, xeyirdə-şərdə həmişə ona başda yer göstərirlər. Bu müdrik, örnək şəxsiyyətdən götürməyə dəyər. Rəvvaq həkimlə həmyaşıdam. O, mənə görə yaxşı günün sirdaşı, dar günün qardaşıdır...
Şeyda Bəşirova( tibb bacısı):- Tibb texnikumu bitirib, bir müddət Rəvvaq həkimin rəhbərliyi altında işləmişəm. Ondan çox şey görüb götürmüşəm. Həmişə deyərdi ki, xalqını sevən tibb işçisi onu sağlam görməlidir. Sağlam insanların düşüncəsi saf, əməlləri təmiz olur. Ədalətli, namuslu fəaliyyəti onlarla xəstəni ölüm pəncəsindən qurtarıbdır. İndi təqaüddə olsa da, tibb sahəsini seçən gənclər məsləhət üçün çəkinmədən ona üz tutur, peşənin, adamlarla davranmanın, xəstələrin qəlbini ələ almağın sirlərini məhz Rəvvaq həkimdən öyrənirlər...
Aydın Cabbarov( Daster kənd sakini):- Mən Rəvvaq həkimi yaxşı tanıyıram. Peşəsi ona dərin nüfuz gətirib. Bundan əlavə sanki əzəldən Rəvvaq həkimin taleyinə insanlara çörək vermək, hamıya düzgün yol göstərmək yazılıb. Əl tutmaq, fayda vermək onun canında, qanında var. Elə yaşadığımız işıqlı dünya bu cür fədakar insanların çiyinləri üstündə qərar tutur. Xeyirxahlığı, kamilliyi, ağıllı sözləri, müdrik məsləhətləri eldə çox məsələni yoluna qoya bilir.
Ramiz Tağıyev (Siyov kənd sakini):- Rəvvaq həkim zəngin mənəviyyatı, yüksək mədəniyyəti ilə müdriklik zirvəsinə ucalıb. Uzun illər adına, şəxsiyyətinə layiq insanların sağlamlığı keşiyində durub, bunu özünə şərəf bilib. Lerik rayonun sayılıb-seçilən ziyalı ağsaqqallarından olaraq xalqın döyünən qəlbi, düşünən beynidir. Onun şərdən-xətadan uzaq bir dünyası var. Ömrü boyu xoş əməllərə dönüb ürəklərə yağıb ki, hamının güzəranı yaxşı keçsin. Gördüyü işlərə görə Rəvvaq həkim eli üçün dünyanın ən gözəl kişilərindən biri, ləyaqət sahibi, nur çeşməsidir.
Tural Əliyev( gənc müəllim):- Mən həyatı dərk edəni həmişə Rəvvaq həkimin yaxşı əməllərini görmüşəm və ona ürəyi geniş, qibtə olunası bir şəxsiyyət kimi hörmət bəsləmişəm. Hazırda da insan səadəti üçün yorulmaq nə olduğunu bilmir. Sözün qısası, doğma elinə, xalqına bağlı şərəfli həyat yolu keçir. Deyərdim ki, dünyanın yaxşılıq rəmzi, ləyaqət mücəssəməsidir Rəvvaq həkim. Onun zəka işığına can atmaq hər kəsə xoşbəxtlik gətirir.
Səmimi sözlərdən sonra axırda onu deməyi özümə borc bilirəm ki, Rəvvaq Nəcəfovun ömür yolu zaman-zaman Vətənə, millətə halal sevgi nümunəsinə dönüb zaman-zaman ürəkləri oxşayar...
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “İlin vətənpərvər adamı”, “Azərbaycan bayrağı” media mükafatçısı
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025