Unutsaq unudularıq: Professor Cabbar Ələkbərova vəfa borcum
Tarix: 28-07-2023 | Saat: 10:09
Bölmə:Özəl | çapa göndər
Azərbayacan Dövlət Aqrar Universiteti 1920-ci ililin dekabrın 14-dən-ali aqrar mütəxəssis hazırladığı gündən-indiyədək bu təhsil məbədində çox böyük alim odusu yaradlmışdır ki, onların xidməti nəticəsində yetişdirilən kadrlar ölkəmizdə və ondan kənarda uğurla fəaliyyət göstərmişlər, bir qrupu indi də çalışmaqda davam edirlər. Azərbaycanın rəhbəri olmuş İmam Mustafayev, Ali Sovetin sədri olmuş akademik İlyas Abdullayev, biologiya üzrə ilk elmlər doktoru olmuş Validə Tutayuq, SSRİ Kənd təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü Firuz Məlikov, akademiklər Həsən Əliyev, Ələkbər Quliyev, Musa Musayev, Vahid Hacıyev, Siddiqə Məmmədova, Məmmədtağı Qəniyev, Məmmədtağı Cəfərov və onlarla digəriləri belələrindəndir. Onlardan biri də Cabbar Ələkbərovdur.
Cabbar Ələkbərovu uzun müddətdir tanıyırdım. Yadda qalan ömrü ilə çox insanın həyatına işıq salıb, samballı elm adamı kimi həmişə xoş xatirələrlə yad edilib. Bu il onun 100 yaşı tamam olur.Şərəfli ömrünün 60 ildən çoxunu Respublikamızda aqrar sahə üzrə yeganə ali məktəb-ADAU-da aqrar mühəndis kadrlarının hazırlanmasına sədaqətlə xidmət edən bu görkəmli alim özünün yüksək intellekti, sadəliyi və prinsipiallığı ilə həmişə fərqlənib.
Yaşanan ömür onda qiymətli və unudulmaz olur ki, o, tək bir insanın yox, minlərin həyatına nur saçır, elmi təfəkkür və düşüncələrinin zənginləşməsini təmin edir. Beləcə insan elə yaşadığı dövrdə tarix olur. Müdrikliyin zirvə ömrünü yaşayır. Alimlik kimi yüksək adı şərəflə daşımaq təbii ki, hər kəsə nəsib olmur. Alimlik və dürüstlük, eləcə də əsil insan olmaq həmişə bir yerdə verilmir insana. Bəzən elmi olanın insanlığı, insan olanın elmi olmur. Belə olan halda da cəmiyyət alimdən tam yararlana bilmir. Amma çox səmimi deyəcəm, Cabbar Ələkbərovda dediyim xüsusiyyətin ikisi də var idi. O, həm ittifaq miqyaslı alim, həm də əsi insan, sevilən pedaqoq idi. Onun həyat yoluna qısaca nəzər salmaq yetərlidir ki, dediklərimin sübutu olsun.
Cabbar müəllim 14 iyul 1923-cü ildə Gәncәdə anadan olub. Kәnd tәsәrrüfatının mexaniklәşdirilmәsi sahәsindә Azәrbaycan alimi, texnika elmləri doktoru, professor, Azәrbaycanın әmәkdar mexanizatoru kimi indi də adı hörmətlə yad edilir. Moskvada Kәnd Tәsәrrüfatının Mexaniklәşdirilmәsi İnstitutunu bitirmişdir. 1948–1954-cü illәrdә Göyçayda Kənd Təsərrüfatının Mexanikləşdirilməsi texnikumunda işlәmiş, 1958–2006-cı illәrdә Azәrbaycan Kәnd Tәsәrrüfatı İnstitutunda ( indiki ADAU ) pedaqoji fәaliyyәt göstәrmiş, tәdris işlәri üzrә prorektor ( 1964–72 ), kafedra müdiri ( 1967–2003 ) olmuşdur. Tәdqiqatları kənd təsərrüfatı müәssisәlәrinin maşın-traktor parkının tәrkibinin vә istifadәsinin optimallaşdırılması istiqamәtindә idi. Dəfələrlə beynәlxalq elmi konfranslarda mәruzә ilә çıxış etmişdir. 180-dәn çox elmi әsәrin müәllifi idi. Elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna xidmәtləri ilə yadda qalıb. Xarici ölkə alimləri bir qayda olaraq onun fəaliyyətinə yüksək qiymət veriblər.
Daha izahlı desəm, 1959-cu ildə texnika elmləri namizədi, 1983-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi adını almışdır. 1962-1971-ci illərdə AKTİ-nin tədris, qiyabi və elmi işlər üzrə prorektoru vəzifələrində işləmişdir. 33 il Maşın-traktor parkının istismarı kafedrasına rəhbərlik etmişdir. 5 dərsliyi nəşr edilmiş, 15 nəfərdən çox elmlər namizədi və 3 elmlər doktoru hazırlamışdır. Onlardan bir neçəsi hazırda ADAU-da çalışır.
Böyük Vətən müharibəsində iştirak edib və ikinci qrup əlil olmuşdur. Birinci dərəcəli "Qələbə", "Qırmızı ulduz " ordenləri, “Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illərdə faşist Almaniyası üzərində qələbəyə görə" medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Əməkdar Mexanizatoru fəxri adına layiq görülmüşdür
Açığını deyim ki, insan nəyi öyrənirsə, tədqiq edirsə, çətinliklərlə qarşılaşır, yorulur, bəzən çətinlik onu öz tutduğu yoldan uzaqlaşdırır. Ancaq iradəli, prinsipial və ləyaqətli adamlar hansı sahə ilə məşğul olsalar da, öz yollarından dönməyir və çəkinməyirlər. Bu mənada Cabbar Ələkbərov öz tədqiqatlarını aparan zaman qarşıya çıxan çətinliklər onu yora bilməyib, gərginliklər onu həvəsdən salmayıb, ilk dəfə əldə etdiyi nəticələr onu təəccübləndirməyib. Ona görə ki, bu nəticələrin arxasında ölçüyə gəlməyən zəhmət, çalışqanlıq, məsuliyyət, dərin bilik dayanb. Belə bir alim, belə bir insan idi Cabbar müəllim.
Cabbar müəllim həm də özünün insanlıq keyfiyyətləri ilə hamının sevgisini qazanmış alim və müəllim olub. Hər şeydən əvvəl, bu alim və müəllim bizim üçün, onu tanıyanların hamısı üçün bir ləyaqət simvolu idi. Tələbəsini çox sevərdi. Onları cəmiyyət üçün yararlı, elm aləmində fərqli düşüncəyə sahib olsun deyə daim öyrədər, bundan heç yorulmazdı. Şəffaf adam idi. Cabbar müəllim ləyaqətini hər şedən üstün tutardı. Ləyaqət isə insanın ali keyfiyyətidir. Ləyaqət həm də insanın təkcə davranışına, münasibətinə deyil, onun fəaliyyətinin bütün istiqamətlərinə şamil edilən epitetdir. Kimin harada, hansı sahədə fəaliyyət göstərməsindən asılı olaraq, insanın bu sahədəki işi də ləyaqət tələb edir. Həkim ləyaqəti, müəllim ləyaqəti, alim, sənətkar, usta ləyaqəti. Bütün bunların məcmusunda isə insan-vətəndaş ləyaqəti kimi ağır çəkili bir məzmun dayanır və Cabbar müəllim bunları çox yaxşı dərk edirdi.
Bu gün Cabbar müəllimi tanıyanların hər biri bu elm fədaisini ən xoş duyğularla xatırlayır, elmdə onun əvəzsiz olduğunu dönə-dönə dilə gətirirlər. Bu isə olduqca önəmli bir xatırlamadır, təbii ki, insan yaşadığı dövrdə bunu yalnız özü qazanır. Bu görkəmli alim haqqında vaxtilə onun tələbəsi olan pedaqoji və elmi fəaliyyətindən bəhrələnən, hazırda Universitetin elmi katibi vəzifəsində çalışan dosent, texnika elmləri namizədi Səbuhi Məmmədov belə deyir:
“Azərbaycan kənd təsərrüfatı elminin inkişafında , yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasında xidmətləri olan alimlər sırasında Cabbar Qafar oğlu Ələkbərovun xüsusi yeri vardır . O , təkcə alim deyildi , yüksək ziyalı , dərin bilik sahibi , örnək vətəndaş ,ən nümunəvi pedaqoq , bacarıqlı elm və təhsil təşkilatlçısı idi .
Bütün şüurlu ömrünün tam 60 ilini aqrar elmin inkişafına , onun elmi kadrlarla təminatına həsr edən Cabbar müəllim nəsillərə nümunə olan həyat yolu keçmişdir . Sıravi aspirantlıqdan ona doğma olan bir ali məktəbin laborantı , müəllimi , dosenti , kafedra müdiri , prorektoru , daha sonra professoru və Dissertasiya Şurasının sədri kimi uca mərtəbələrə gedən yol rahat olmamışdır . Bura ömrün və taleyin məşəqqət dolu günləri də əlavə olunsa , əzablarda bərkiyən , iradəsilə mətinləşən etalon bir ziyalının obrazı gözlərimiz önündə canlanar .
O , olduqca kasıb bir ailədə dünyaya gəlib . 30 - cu illərin repressiya tufanını , 40 - cı illərin qan püskürən ölüm - dirim meydanını , 50 - ci illərin aclıq səfalətini , sabahkı günlərə inamsızlıq rəzalətini öz gözləri ilə görmüşdü .
Tələbə skamyasından qalxaraq Cahan savaşına yollanıb döyüş orden - medalları ilə geri dönən gənc zabit bu illərdə bir şeyi dərk edib ki , Vətən övladının nicatı və gələcəyi , işıqlı sabahı elmdə , oxumaqda , əməli və zəkası ilə xalqına xidmət etməsindədir .
Belə də olub . Cabbar müəllim də bu yola müsafir olub . Onda ali təhsilli mühəndis - mexanik idi . Elmə könül verdi , gecəli - gündüzlü mütaliə etdi , aspiranturaya daxil oldu , Moskvaya ezam edildi , Vətən mühəndislik elminin sirlərinə bələd oldu , tədqiqatlar apardı , məşhur alimlərlə görüşdü , dərhal sonra da dissertasiya müdafiə etdi . Kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi elm sahəsi üzrə ilk elmlər namizədlərindən oldu . Taleyini də birdəfəlik AKTİ ( indiki ADAU ) ilə bağladı . Aqromühəndislik fakültəsi bu gün onun yarım əsri adlayan tale , əmək bioqrafiyasının unudulmaz beşiyi , tək ünvanı oldu .
Bu gün Universitetimizin bütün yaşlı və orta nəslinin nümayəndələri onu hörmətlə xatırlayırlar . Nəinki burada , bütün Gəncə və Azərbaycan elmi ictimaiyyətində , yaxın və uzaq xarici ölkələrdə , müstəqil ölkəmizin aqrar sahə quruculuğunda --- hər yanda xidmət edən on minlərlə məzun , dövlət qulluqçusu , əmək qəhrəmanları bu işıqlı şəxsiyyəti minnətdarlıqla anırlar .
Cabbar müəllim dərin riyazi təfəkkür sahibi , gözəl alim , yaxşı elmi rəhbər , dəyərli məsləhətçi , fədakar ata , ləyaqətli ölkə vətəndaşı , nümunəvi dost və ailə başçısı idi . Onun qələmindən çıxan onlarla sanballı dərsliklər, dərs vəsaitləri , onlarla monoqrafiya , tezis , tövsiyə , metodik vəsait , tədris proqramları , müəllifi olduğu 300 - dən çox elmi əsər , yetirdiyi onlarla fəlsəfə və elmlər doktorları onun adını çoxdan Azərbaycan Aqromühəndislik elminin tarixinə qızıl hərflərlə yazmışdır .
Bu ustad elm fədaisinin məsləhəti və qayğısı , eləcə də onun bilavasitə təmsil olunduğu Dissertasiya Şurasında elmi dərəcəyə yüksəlmək səadəti mənə də nəsib olduğu üçün özümü xoşbəxt sanıram .
Müəllimlər müəllimi , el ağsaqqalı , dəyərli Azərbaycan alimi , texnika elmləri doktoru , professor Cabbar
Qafar oğlu Ələkbərovun işıqlı xatirəsi önündə bir daha baş əyir , bu ildönüm günlərində ona Uca Tanrıdan min - min cənnət ömrü arzulayıram”.
Cabbar Ələkbərov 2006-cı idə dünyasını dəyişib. 17 ildir sıramızda yoxdur. Amma nurlu çöhrəsi həmişə gözümün önündə, zənginliyi və elmi-pedaqoji təcrübəsi yaddaşımın ən silinməyən yerindədir. Tək mənim yox, onu tanıyanların hamısının. Mən ömrümün 40 ilinə yaxın bir dövrünü onunla bir təhsil müəssisəsində keçirmişəm və bu kamil insanın fəaliyyətinin aliliyinin şahidi olmuşam. Bu kiçik qeydlər isə öz sahəsində yaxşı mənada tanınan bir alimə, nurlu insana yalnız bir vəfa borcudur.
Cabbar müəllim həm də gözəl ailə başçısı idi. Həyat yoldaşı, müharibə iştirakçısı Füruzə Şirvanskaya da bu ali təhsil ocağında pedaqoji fəalliyyət göstərib. Hazırda iki övladı Rasim və Nailə də Universitetdə dosent kimi çalışırlar.
Biz təbii ki, onu zaman-zaman xatırlamalı və dəyişən nəsillərə tanıtmalıyıq. Bu həm də bizim keçmişimizə hörmətimiz, haqqın rəhmətinə qovuşan alimə, onun elmin çətin yollarında qazandıqlarına sədaqətimiz kimi də önəmli olardı.
Nüsrət Hüseynov,
Azəbaycan Dövlət Aqrar Universitetinin dosenti, qabaqcıl təhsil işçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025