Hindistanda turistlərə silahlı hücum: 20 ölü, 10 yaralı
Tarix: 22-04-2025 | Saat: 19:27
Bölmə:Özəl | çapa göndər

Hindistanda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 20 nəfər ölüb, 10 nəfər yaralanıb. “The Indian Express” qəzetinin məlumatına görə, müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam rayonunda iki və ya üç silahlı şəxs bölgəyə gələn turistlərə atəş açıb
Polis rəsmiləri, ilkin məlumatlara görə, hücumda azı 20 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.
Polis rəsmiləri yaralıların dərhal xəstəxanaya aparıldığını və ən azı iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Hindistanın baş naziri Narendra Modi X hesabında etdiyi paylaşımda, "Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınayıram. Yaxınlarını itirənlərə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması üçün dua edirəm" dedi.
Hücumun arxasında duranların məsuliyyətə cəlb ediləcəyini bildirən Modi, "Terrorla mübarizədə qətiyyətimiz sarsılmazdır və daha da güclənəcək" deyə vurğuladı.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2025