AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI
Tarix: 22-04-2025 | Saat: 17:31
Bölmə:Siyasət | çapa göndər

Hər bir xalğın dövlətçilik siyasətinin tərkib hissələrindən biri dil siyasətidir. Azərbaycan dilinin dövlət səviyyəsində işlənmə tarixi Səfəvi dövləti ilə başlayır. Daha dəqiq ifadə etsək, məhz səfəvilərin hakimiyyət zamanında Azərbaycan türkcəsi sarayda, dövlət əhəmiyyətli bəzi yazışmalarda istifadə olunur. Azərbaycan türkcəsinin Səfəvilər dövründə aparıcı olması əhalinin böyük əksəriyyətinin türkmənşəliyindən irəli gəlirdi. Lakin az sayda olan sənəd və məktublar Səfəvi dövlətinin rəsmi dilinin Azərbaycan türkcəsi olduğu anlamına gəlmir. Çünki həmin dövrdə ərəb və fars dilləri bütün sahələrdə, xüsusən dövlət əhəmiyyətli yazışmalarda dominantlığını davam etdirirdi.
Azərbaycan türkcəsinin ilk dəfə rəsmi dövlət dili kimi elan olunması XX əsrin əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan bir ay sonra 27 iyun 1918-ci ildə türk dili (Azərbaycan türkcəsi) rəsmi dövlət dili elan edildi. Qərara əsasən Cümhuriyyət daxilində bütün kargüzarlıq işləri türk dilində aparılmalı, bütün müəssisələrdə dövlət dilindən istifadə edilməli idi. Bununla yanaşı, 27.06.1918-ci il tarixli qərarda müxtəlif vəzifələrdə çalışanlara dövlət dilini öyrənənədək rus dilindən istifadə etməyə icazə verilirdi. Dövlət dilinin öyrənilməsi üçün dil kursları açan hökumət bu məqsədlə budcədən 351 min manat vəsait də ayırmışdı. AXC hökuməti dil siyasətini ardıcıl və planlı şəkildə həyata keçirirdi. 28 avqust 1918 ci ildə hökumət ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması ilə bağlı qərar imzaladı. Qərarda bütün ibtidai təhsil müəssisələrində təhsilin türk dilində aparılması və dövlət dilinin icbari qaydada tədris olunması nəzərdə tutulurdu. AXC dövründə dillə bağlı verilən qərarlardan biri də hərbi nazir Səməd bəy Mehmandarovun 11 fevral 1919-cu ildə orduda türk dilinin tətbiqini nəzərdə tutan əmridir. Göründüyü kimi, qısa zaman müddətində xalqımızın tarixində əvəzsiz rol oynamış AXC milli dilimizin mənimsənilməsi, yaşaması üçün də mühüm qərarlar almışdır.
Sovet hakimiyyətinin ilk illərində də dillə bağlı mütərəqqi mövqenin şahidi oluruq. 30-cu illərin ortalarına qədər ümumi mədəni dirşəliş kontekstində aparılan islahatlar dil məsələlərindən də yan keçməmişdir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili (Azərbaycan türkcəsi) olması ilə bağlı dekret imzalayırlar. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur. Daha sonra 1922-ci ildən ərəb əlifbasından latın qrafikasına keçid, I Türkoloji qurultayın keçirilməsi, ədəbi dil normaları ilə bağlı qərarların qəbul edilməsi mədəni inqilabın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Lakin 30-cu illərin ortalarından başlayaraq artıq hakimiyyətini yetərincə möhkəmlədən sovet höküməti milli respublikalara, xüsusən də türkdilli xalqlara qarşı məkrli siyasətinə start verdi. 1937-cı ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı maddə salınmır. Normativ sənədlərdə türk dili ifadəsinin yerinə Azərbaycan dili işlədilir. Bütün idarə və müəssisələrdə rus dilinin aparıcı dil statusu möhkəmlənir. Bütün SSRİ məkanında rus dili yeganə ünsiyyət vasitəsinə çevrilir. Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin 1969-cu ilin ilk günlərindən başlamışdır. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sayəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi. 1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması üçün mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. 1978-ci il aprel ayının 2-də 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Azərbaycan SSR dövlət və ictimai orqanlarında, maarif idarələrində və başqa müəssisələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi, o illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi. Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində atılan daha bir böyük addım idi.
Dil, cəmiyyətlə bir vaxtda yarandığından onun inkişafı da cəmiyyətin inkişafı ilə əlaqədardır. Cəmiyyətdə baş verən hadisələr – elmi-texniki və mədəni tərəqqi dilin inkişafında mühüm rol oynayır. Demokratik Azərbaycan cəmiyyətinin yaranması, inkişafı və onun formalaşmasında mütərəqqi rol oynayan Ulu Öndərimiz H.Əliyev Azərbaycan dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişafına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. Müstəqilliyimizin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdır. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin müvafiq fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır. Bir məsələni də xüsusi vurğulamaq vacibdir ki, Heydər Əliyev uzun müddət Moskvada yaşayaraq orada müxtəlif dövlət vəzifələrində çalışması və əsas danışıq nitqinin rus dili olmasına baxmayaraq, 90-cı illərdə Vətənə qayıtdıqdan sonra çox sərbəst olaraq Azərbaycan dilində danışması onun öz dilinə olan bağlılığından və natiqlik istedadının necə də üst səviyyədə olmasından xəbər vermişdir. Müstəqil Azərbaycan Respublikasında ana dilimizin hərtərəfli istifadəsinin genişlənməsi, bu sahəyə diqqətin ayrılması Ulu öndərin hakimiyyətə gəlməsindən sonra geniş vüsət almışdır. Azərbaycan dilinin birbaşa inkişafı, ümumişlək dilə və dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin, habelə beynəlxalq təşkilatların kürsülərində səslənməsi birbaşa Heydər Əliyevin adı ilə bağlı idi. Azərbaycan dilində dərs keçən professor müəllim heyətinin sayında da xeyli artım olmuşdur. Azərbaycan dilinin istifadə arealının böyüməsi azərbaycandilli ziyalı təbəqənin güclənməsinə səbəb olmuş və ictimai fikirdə aparıcı yer tutmağa başlamışdır. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə və şərqşünaslara qayğı göstərilməsi ilə əlaqədar Heydər Əliyevin imzaladığı fərmanlar bu sahəyə göstərilən diqqətin real nəticələrindən biri idi. H.Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dili ilə bağlı qəbul edilən fərman və qanunlar:
1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyamızda dövlət dili kimi Azərbaycan dili adı işlədildi. (21. maddə);
2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verildi;
2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman verildi;
2002-ci ilin sentyabrın 30-da 3 fəsil, 20 maddədən ibarət “Dövlət dili haqqında” qanun qəbul edildi;
2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” fərman imzalandı.
Ümummilli Lider Heydər Əliyev dövlət dil siyasəti bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyev (“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”) imzaladığı sərəncamlar ilə köklü və tarixi dilimizin formalaşmasına öz mühüm diqqətini göstərməkdədir. Bu sərəncamlar bir daha Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasına, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsinin təmin edilməsi və bu sahədə potensiallı kadrların formalaşmasına geniş təkan vermişdir.
Sənan Hüseynov,
Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2025