Mobil versiya
Konstitusiya ilə bağlı media nümayəndələri üçün məlumat sessiyası keçirilib - FOTOLAR
Tarix: 22-04-2025 | Saat: 16:18
Bölmə:Manşet / Media | çapa göndər

Konstitusiya ilə bağlı media nümayəndələri üçün məlumat sessiyası keçirilib -

Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib.

AİA.AZ xəbər verir ki, sessiyada Hüquq və İnsan Haqları İnstitutunun rəhbərliyi, əməkdaşları ilə yanaşı, bir sıra media orqanlarının nümayəndələri iştirak ediblər.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışı zamanı mətbuat orqanlarının fəaliyyətə başladığı dövrdən mediada yayımlanan materiallarda insan hüquqlarının pozulmasının həmişə aktual olduğunu deyib: “Bunun qarşısını almaq mümkünsüzdür. Lakin media orqanlarında nəşr olunmuş materialların monitorinqi aparılır və monitorinqlərdə əldə etdiyimiz məsələləri media orqanları ilə keçirilən təlimlərdə müzakirə edirik. Cəmiyyətin normal həyat fəaliyyətinin təmin edilməsində insan hüquqlarının əhəmiyyəti nəzərə alınmaqla, onların təminatına, müdafiəsinin mexanizm və prosedurlarına xüsusi diqqət yetirilməlidir. Dövlətdə insan hüquqlarının təmin olunub-olunmaması bir çox sahələrə, iqtisadiyyata, iqtisadi inkişafa ciddi təsir edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq həmin konstitusiyada təsbit olunuş hüquqular Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunmalıdır. Bunun üçün isə beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsi və nəzərə alınması günümüzün tələbi kimi qiymətləndirilir".

Vəfaddin İbayev insan hüquqlarının pozulmasının qarşısının alınmasında medianın da üstünə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb: "Hazırda üçüncü media monitorinq hesabatı üzərində işlər aparılır və media nümayəndələri üçün növbəti maarifləndirici təlimin sentyabr ayında keçirilməsi nəzərdə tutulur. Media orqanları yaydıqları, ötürdükləri material və məlumatlarda çalışmalıdırlar ki, insan hüquqları prisnsiplərinin qorunmasına əməl edilsin".

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında da media üçün məlumat sessiyaları təşkil ediləcəyini deyib: “Ötən ildən bəri Medianın İnkişafı Agentliyi ilə Hüquq və İnsan Haqları İnstitutu ilə səmərəli əməkdaşlıq yaranıb. Medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini də vurğulamaq lazımdır".

Məlumat sessiyasında Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Zümrüd Əlizadə "Universal insan hüquqları və Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası", Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Heydər Əliyev isə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı, milli və beynəlxalq hüquq müdafiə mexanizmləri" mövzusunda təqdimat ediblər.

Məlumat sessiyası iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025